Şahmat debütu

Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı.[1]

Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir.

Debüt üç növə bölünür:

  • açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1… e5);
  • yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1… e5 gedişindən başqa istənilən gedişi edə bilərlər);
  • bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər).
  1. Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 9.