Şahnigar xanım

Şahnigar xanım və ya Rəncur (1850, Ağköynək1899, Ağköynək, Qazax qəzası) — Azərbaycan şairəsi.[1]

Şahnigar xanım
Şahnigar xanım Kazımağa qızı
Təxəllüsü Mollaxanım
Doğum tarixi
Doğum yeri Ağköynək, Qazax mahalı, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Ağköynək, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Fəaliyyəti şair
Vikimənbənin loqosu Şahnigar xanım Vikimənbədə

Şahnigar xanım Kazımağa qızı (Rəncur) Qazaxda "Mollaxanım" ləqəbi ilə tanınmışdır. Təhsili və təlimini qardaşı Hacı Məhəmməd ağadan almışdır. Klassik üslubda və janrlarda (münacat, mərsiyə, qəzəl) şeirlər yazmışdır. Nəqşibəndi təriqətinə mənsub olmuşdur. Şeirlərinin çoxunu müridi Hacı Mirhəmzə Əfəndiyə (Seyid Nigariyə) xitabən yazmışdır.

Şahnigar xanım binti-Kazım ağa Qiyasbəyov Qazax şüərasının naziktəblərindən birisi hesab olunur. Şahnigar xanım təvəllüd edibdir öz qəryələrində ki, Ağköynək adı ilə məşhurdur. İndiki Qazax şəhərinin yavuqluğunda xırdaca bir kənddir. Şairənin təxəllüsü "Rəncur" isə də, tamami Qazaxda "Mollaxanım" ləqəbi ilə iştihar bulmuşdur.

Şahnigar xanımın təlim və tərbiyəsi öz qardaşının — Haçı Məhəmməd ağanın təhti-nəzarətində olubdur. Şairə üç-dörd sənə bundan müqəddəm qırx beş və ya artıq, yaşı əlli sinnində vəfat edibdir.

Mollaxanım ziyadə möminə və abidə, ismətli və həyalı bir övrət idi ki, vaxtının çoxunu ibadət və riyazətdə keçirərdi. Ol səbəbdən ona "Mollaxanım" ləqəbi verilmişdir. Şahnigar xanımın artıq elmi yoxmuşsa da, təbi rəvan imiş. Rəncurun yazdıqlarının əksəri münacat, mərsiyə, maddeyi-tarix və sair dost və əhibbaları arasında vüqua gələn nəviştəcat qismindən olub, qəzəliyyati-vəsfi-dilbər kimi əsərləri azdır.

Hacı Mirhəmzə əfəndinin müridlərindən olduğu üçün əşarü kəlamının çoxunda ol cənab tutduğu məsləkdə olduğunu bildirib, üluhiyyət və mənəviyyət aləmindən bəhs edir.

Şairə bir qəzəlində artıq təəssüf edir ki, öz mürşidi-kamili olan Nigarinin məh camalını görüb, dərgahi-pakına üz sürtmək, əlin-ayağını öpmək, bülbül kimi gecələr sübhədək kuyində nalə etmək və müridləri dairəsində "hu-hu" deyib, məstü laübali olmaq ona müyəssər olmadı:

Şahnigar xanımın müxtəlif əşarü qəzəliyyatı iki yüzə kimi olar. Divanı varsa da, övraqü pərişandır. Bizim əlimizdə olan dəftərdə şairənin münacat və qəzəliyyatından maəda bir neçə rübailəri, müxəmməs və müsəddəsləri və saqinamələri də vardır ki, tamamisi aydın və rəvan yazılmış şerlərdən ibarətdir və, lakin cümləsi məzmun cəhətincə bir-birinə oxşadığına görə burada zikr olunmadı.

Mərhum əyyub ağanın Dağkəsəməndə bina etdiyi məscid heyfa ki, itmama yetmədi və onun baniyi-möhtərəmi məscidi təmir edib başa gətirməmiş vəfat elədi. Övladi-kəsirəsi içində bir elə şüurlu və mütədəyyin şəxs tapılmadı ki, babasının xeyir işini əncama yetirsin və haqq-taala ibadətxanası yarımçıq qalmasın. Həmişə Aqstafadan gəlib Qazaxa gedən vaxtı Dağkəsəmənin içindən keçdikdə həqir allahın evini elə yarımçıq və pərişan halda görüb məğmum və pərişan oluram. Keçmiş halımızla indiki halımızı nəzərə gətirdikdə Mirzə Rəhim Fənanın fəna təsirli şeri yadıma düşüb, dəxi də könlümü xarab edir:

Sən gəzən gülşəni gördüm, dağılıb övraqi, Bülbülün naləvü fəryadı tutub afaqi i.a.

  1. "Azərbaycan qadın şairləri antologiyası. Bakı: "Avrasiya press", 2005, səh.100.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]