Şahtaxtı hamamı — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində memarlıq abidəsi.
Şahtaxtı hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Kəngərli rayonunun Şahtaxtı kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Yaşlı nəslin dediyinə görə hamam XIX əsrin II yarısında İsa Sultan Şahtax tılının babası İsa Sultan tərəfindən tikdirilmişdir. Hamam düzbucaqlı formada, 20 x 10,5 x 6,4 metr ölçüdədir. Ümumi sahəsi 210 m² olan hamamın soyunma, yuyunma zalları, onlara birləşdirilən köməkçi otaqlar və ocaqxana, üç sferik günbəzlə örtülüb. Su mənbəyinin yüksəkdə yerləşməsi hamamın su ehtiyacını asanlaşdırmışdır. Soyunma və yuyunma zalı bir-biri ilə kiçik tambur lar vasitəsilə birləşir. Onlardan birbaşa yuyun ma zalına birləşik kiçik otağa giriş var. Isti və soyuq sulu hovuzlar da yuyunma zalına bitişikdir. Keçmişdə xəzinənin su ehtiyacı, saxsı borular vasitəsilə ödənilirmiş, indi isə bu borular dəyişdirilərək dəmir borularla əvəz olunub. Xəzinə binanın cənub tərəfindədir. Yuyunma zalı və ona birləşik otaqların altından isti havanın kanalları keçir. Kanalın bir ucu ocağa, digər ucu isə bacaya birləşdirilib. Bacalardan biri ocağın üstündə, digər ikisi isə yuyunma və soyunma zallarının üzərindədir.[1]
Keçmişdə hamamı isitmək üçün samandan istifadə edilirdi. Kənd sakinləri nin verdiyi məlumata görə, hamamı isitmək üçün 2-3 bağ samanı yandıraraq isidərmişlər. Saman tez yanıb qurtarmasın deyə bacanın ağzını tıxarmışlar. Bu üsulla əlavə yanacaqan istifadə etmədən hamam 2-3 gün fəaliyyət göstərərmiş. Keçən əsrin ortalarından hamamı mazutla qızdırmağa başladılar. Hamam özünün ilkin quruluşunu və funksional xüsusiyyətlərini indi də qoruyub saxlayıb. Bir çox yeraltı hamamlar dan fərqli olaraq Şaxtaxtı hamamı yarım yeraltı hamam sayılır. Hamamın kəndin mərkəzində yerləş dirilməsinin bir neçə səbəbi var. Kənd sakinlərinin sözlərinə görə keçmişdə bu hamam həm də kənd sakinlərinin istirahət yeri olub. Burada pəhləvanlar gücünü sınayar, xalq tamaşaları göstərərdilər. Hamam son illərdə nəzarətsiz qaldığı üçün dağıdılmış və tamamilə sıradan çıxmışdır. Hamamın yenidən qurulmasına və bərpaya ehtiyacı var.[2]