Şahzadə Əbülqasim türbəsi — Azərbaycanın Lerik rayonunun Rvarud kəndində yerləşən türbə.
Şahzadə Əbulqasim "ariflərin sultanı, türbəti müqəddəs, taliblərin ən seçilmişi" kimi ad çıxarmış Nizaməddin Şahsəvar Gülani Kəsgərinin (Seyyid Babagil) sərkərdəsi, qoşun başçısı olmuşdur. Baba Gilani (Babagil) vəfat edəndən sonra yerini və qoşununa başçılığı Şahzadə Əbulqasimə vəsiyyət edir. Şahzadə Əbulqasim bir müddətdən sonra "seyidlər ocağı" kimi tanınan Rvaruda gəlmiş, burada yaşamış, hörmət qazanmış və müqəddəs bir şəxs kimi dünyasını dəyişmişdir. Elə o vaxtdan onun qəbri müqəddəs bir ziyarətgah kimi məşhurlaşmışdır. Türbə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata alınaraq dini turizm marşutuna daxil edilmişdir[1].
Lerik rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |