Şahzadə Aleksandr Emanuel Henri Albert Mari Leopold (fr. Alexandre Emmanuel Henri Albert Marie Léopold de Belgique; 18 iyul 1942[1], Laken sarayı[d][1] – 29 noyabr 2009[2][1]) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan oğlu, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir.
Şahzadə Aleksandr | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyul 1942[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 2009[2][1] (67 yaşında) |
Vəfat səbəbi | ağciyər arteriyasının tromboembolizmi[1] |
Fəaliyyəti | əsilzadə |
Atası | III Leopold[1][3] |
Anası | Mariya Lilyan Bael[1][3] |
Vikianbarda əlaqəli mediafayllar |
18 iyul 1942-ci ildə Laykendə dünyaya gəldi. Atası Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. Vəftiz anası isə ögey bacısı olan Jozefina-Şarlottadır. Uşaqlığının ilk illəri ağır keçdi. Belə ki, ölkənin nasistlər tərəfindən işağl edilməsinin ardından ailəsiylə birlikdə göz altına alındılar. 1944-cü ildə baş tutan Normandiya əməliyyatından sonra isə ailəsiylə birlikdə alınaraq Saksoniyadakı malikanələrin birinə həbs edildilər. 1945-ci ildə amerikalılar tərəfindən azadlığa buraxılsalar da, ölkəyə dönmələri 1950-ci ildə keçirilən referendumdan sonra gerçəkləşdi. Çox keçmədən isə atası III Leopold, ilk evliliyindən doğulan böyük oğlu Boduenin lehinə taxtdan çəkildi.
Valideynlərinin gizlicə evlənməsi səbəbilə Aleksandr və ondan sonra dünyaya gələn 2 bacısı kralın rəsmi övladları olaraq qəbul edilsələr də, Belçika taxt-tacından məhrum edildilər. Doğuşdan etibarən ciddi ürək çatışmazlığı olan Aleksandr ABŞ-da əməliyyat olundu. 14 mart 1991-ci ildə Böyük Britaniyanın Suffolk əyalətində, daha öncə 2 dəfə evlənmiş polyak əsilli Lea Uolmanla nigahlandı. Anasının buna etiraz etməsindən çəkindiyi üçün evlilik 1998-ci ilədək gizli tutuldu. Xanımının öncəki evliliklərindən 2 övladı olsa da, cütlüyün bu nigahdan uşağı olmadı.
29 noyabr 2009-cu ildə ağciyər arteriyasının tromboembolizmi səbəbilə Belçikada vəfat etdi. 4 dekabrda tərtib olunan cənazə mərasiminin ardından cənazəsi Laykendəki ailə məzarlığına dəfn olundu.