Şahzadə salatı

Şahzadə salatı - Azərbaycan mətbəxinə aid salat növlərindən biri.

Tərkibi[redaktə | mənbəni redaktə et]

500 q mal əti, suda bişmiş 4 ədəd yumurta, 6 ədəd duzlu xiyar, 3 ədəd diş sarımsaq, 1 stəkan qoz ləpəsi, 200 qram mayonez.[1].

Hazırlanması qaydası[redaktə | mənbəni redaktə et]

Duzlu suda bişirilən ət tikələri didilir. Xiyar sürtgəcin böyük gözündən keçirilir. Sarımsaq əzilir və xiyarla qarışdırılır. Suda Qaynadılmış yumurtaların qabığı soyulur da sonra yumurtalar da sürtgəcin böyük gözündən keçirilir. Qoz ləpəsini bıçaqla xırdalamaq vəə quru tavada bir neçə dəqiqə qovurmaq lazımdır.

Şahzadə salatı aşağıdakı qaydada laylarla yığılır:

Əvvəlcə didilmiş ət salat üçün nəzərdə tutulan qabın içərisində bərabər səviyyədə yayılır və üzəri mayonezlə örtülür. Onun üzərində sarımsaq və xiyar təbəqəsi yaradılır və üzəri yenə mayonezlə örtülür. Üçüncü təbəqə sürtgəcdən keçirilmiş yumurta layından ibarət olur və onun da üzərinə mayonez çəkilir. Şahzadə salatının üst qatını narın doğranmış və qovrulmuş qoz təbəqəsi təşkil edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. [1] Arxivləşdirilib 2015-06-23 at the Wayback Machine.Şahzadə salatı.