Şaiq Rəhim oğlu İbrahimov (3 yanvar 1951, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Su heyvanları şöbəsi", professor.
Şaiq İbrahimov | |
---|---|
Şaiq Rəhim oğlu İbrahimov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | zoologiya, parazitologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | AMEA-nın fəxri fərmanı |
Şaiq Rəhim oğlu İbrahimov 1 mart 1951-ci il Bakı şəhərində anadan olub. 1967-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini bitirmişdir. 1973-cü ildə AMEA Zoologiya İnstitutunun aspirantı olmuş, 1977-ci ildə "Lənkəran təbii vilayəti su hövzələri balıqlarının parazitləri" mövzusunda namizədlik,1991-ci ildə "Xəzər dənizi balıqlarının parazitləri (növ tərkibi, ekologiyası, faunasının mənşəyi və formalaşması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə professor elmi adını almışdır. AMEA Zoologiya İnstitutu nəzdindəki D.01.071 Dissertasiya Şurasının üzvü, Müxtəlif universitetlərdə,o cümlədən xaricdə) zoologiya, ekologiya, parazitologiya, tibbi biologiya və genetika fənlərindən mühazirələr (Azərbaycan, rus və ingilis dillərində) mühazirələr oxumuşdur. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrufatı elmləri üzrə ekspert şurasının üzvü olmuşdur.
Elmi fəaliyyətinin ilk dövrlərində 1973-cü ildə Azərbaycan MEA Zoologiya İnstitunda baş laborant, 1973-cü ildə aspirant, 1976-cı ildə kiçik elmi işçi, 1981-ci ildə böyük elmi işçi, 1988-ci ildə yaradıcı qrup rəhbəri, 1992-ci ildə laboratoriya müdiri və 2012-ci ildə şöbə müdiri vəzifələrində çalışmışdır. Onun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın daxili sularında 324 növ, Xəzər dənizində isə 357 növ parazitin ixtioparazitin olduğu müəyyən edilmişdir. O, balıqların parazit faunasının ətraflı morfoloji, sistematik, ekoloji və zoocoğrafi təhlilini, epizootoloji və epidemioloji qiymətləndirilməsini həyata keçirmişdir. Ş.İbrahimov ixtiologiya və parazitologiya sahələrində nəzəri elmi araşdırmaları ilə yanaşı nəzəri və tətbiqi ekologiya üzrə də uzun müddətdir ki, fəaliyyət göstərir. O,Azərbaycan MEA Zoologiya İnstitunda elmi fəaliyyəti ilə bərabər YUNESKO-nun, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının ətraf mühit məsələləri üzrə expertidir, 10 il ərzində Böyük Britanıyanın ekologiya sahəsində fəaliyyət göstərən AETC şirkətinin rəsmi baş elmi məsləhətçisi olmuşdur.Ş.İbrahimov öz əsərlərində qlobal istiləçmə ilə bağlı bioloji tədqiqatlar qarşısında duran vəzifələri açıqlamış, Azərbaycanda biosfer rezervatların yaradılması perspektivlərini ilk dəfə olaraq təhlil etmiş, 2003-cü ildə YUNESKO-nun patronajlığı ilə Hirkan bisfer rezervatı pilot layihəsinin müəllifi olmuş, 2004-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankının sifarişi ilə Azərbaycanda ilk dəfə olaraq ekoloji audit (Mpro südçülük şirkətinin müəssisələrində) həyata keçirmişdir.O, hal-hazıra qədər BP, ARDNŞ, Total, URS və başqa şirkətlərin sifarışı ilə irimiqyaslı ekoloji layihələrin icrasında iştirak edir.
Ş.İbrahimovun elmi rəhbərliyi iləbiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 9 dissertasiya və elmi məsləhətçiliyi iləbiologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün 1 dissertasiya müvəffəqiyyətlə müdafiə edilmişdir.
Ş.İbrahimov 1978-ci ildən başlayaraq bioloji fənlərdən müxtəlif ali məktəblərdə, o cümlədən İtaliyanın məşhur "La Sapiensa" (Roma) Unversitetində – parazitologiyadan (ingilis dilində), Azərbaycan Tibb Unversitetində – tibbi biologiya və genetikadan (ingilis və rus dillərində), Azərbaycan Dövlət Pedaqoji Unversitetində – zoologiya və ekologiyadan (Azərbaycan dilində) mühazirələr oxumuşdur.
Azərbaycan Dövlət Universitetində təhsil alıb.
Azərbaycanın daxili su hövzələrində və Xəzər dənizində yaşayan balıqların parazitlərinin faunasının ekoloji, zoocoğrafi və epizootoloji təhlili. Xəzərin hidrofaunasının mənşəyinin aşkara çıxarılması və formalaşması prosesinin nəzəri rekonstruksiyası.
AMEA fəxri fərmanları.