Şaiq Məmmədoğlu

Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim.

Şaiq Məmmədov
Şaiq Məmməd oğlu Məmmədov
Digər adı Şaiq Məmmədoğlu
Doğum tarixi 7 avqust 1980(1980-08-07) (43 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Dillər Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub.

1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinifinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin “Dilşünaslıq” fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub.

2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb.

2005-2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib.

2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb.

2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib.

2010-2014-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Sosial İdarəetmə və Hüquq” fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alıb.

2013-cü ilin sentyabr ayından[1] 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2015-ci il iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Kütləvi İnformasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İctimai Teleradionun yeni baş direktor müavini". 2013-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-13.
  2. Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 1321 nömrəli Sərəncamı  (az.)