Şaiq Tarverdiyev

Şaiq Kamal oğlu Tarverdiyev (21 mart 1983, Masallı rayonu) — Aykido və Ciu-Citsu üzrə Baş məşqçi, Aykido üzrə 4-cü dan və Ciu-Citsu üzrə 2-ci dan qara kəmər sahibi. Beynəlxalq Aykido Akademiyasının Bakıdakı nümayəndəsi.

Şaiq Tarverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1983(1983-03-21) (40 yaş)
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Şaiq Tarverdiyev 21 mart 1983-cü ildə Masallı rayonunda anadan olmuşdur. Erkən yaşlarından ailədə, yaxın ətrafında, məktəbdə sakit xarakteri və gözəl tərbiyəsi ilə seçilməyə başlamışdır. Hər zaman dərslərinə yaxşı hazırlaşır və çox keçmir ki, fəal və intizamlı bir şagird kimi müəllimlərinin rəğbətini qazanır. Məktəb dərslərini yaxşı səviyyədə saxlamaqla yanaşı, fiziki fəallığı ilə də seçilirdi. Onda idmana güclü meyl hiss olunur. Bir müddət sonra Rusiya Federasiyasına köçməli olur. İdmana meylliyi, onu yaşadığı şəhərdə aykido idman növünün təşkil olunduğu bir kluba aparır. O, burada bu idman növü ilə tanış olur və bu idmana onda böyük maraq oyanır.

1998-ci ildən Rusiya Federasiyasının Orenburq şəhərində real aykido və ciu-citsu idman növləri ilə intensiv məşğul olur.

O vaxtdan onun idmançı həyatı başlayır, bir çox şəhər və digər açıq çempionatlarda, müxtəlif idman tədbirlərində iştirak edir, bir çox müvəffəqiyyətlər əldə edir. Bu idmanı gələcək həyatı üçün peşəkar bir karyeraya çevirmək yolunda mühüm bir qərara imza atır və ali təhsil almaq üçün 2004-cü ildə Orenburq Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Təhsil aldığı illərdə, dəfələrlə Aykido və Ciu-Citsu idman növləri üzrə yarışlarda iştirak edir və müxtəlif mükafatlara layiq görülür. Təhsil aldığı illərdə onu bir narahatlıq təqib etməyə başlayır. Bu rahatsızlıq onu artıq illərlə öyrəndiyi idman və döyüş təcrübəsini tezliklə vətənə dönüb öz həmvətənlərinə, xüsusilə də gənclərə öyrətməyə sövq edir. 2009-cu ildə o, Akademiyanı müvəffəqiyyətlə bitirir. Bundan sonra bir müddət Beynəlxalq Aykido Akademiyası ilə bağlı planlar və digər işlərini uğurla tamamlamaq üzərində çalışır.

Nəhayət, 2010-cu ildə çoxdan arzuladığı vaxt yetişir. O, doğma vətəni Azərbaycana dönür. 2010-cu ildən Aykido və Ciu-Citsu idman növlərindən peşəkar təlimlər verir və müxtəlif yaş və vəzifə kateqoriyalarından olan çoxlu tələbələr yetişdirir. Hazırda, Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyinin idman mərkəzində baş məşqçi kimi fəaliyyət göstərir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]