Şairlər zirzəmisi — artistik kafe. XX əsrin əvvəllərində Rostov-na-Donu şəhərində fəaliyyət göstərmişdir[1].
"Şairlər zirzəmisi" Qazetnaya xiyabanı ev 46 ünvanında yerləşən binanın zirzəmisində yerləşirdi. Kafe XX əsrin əvvəllərindən fəaliyyət göstərirdi. Kafenin XX əsrin əvvələrindən fəaliyyət göstərməsinə baxmayaraq binanın tarixi daha qədimdir. Bina XIX əsrin ortalarında inşa edilmişdir. Burada mənzillər, mağaza və bank yerləşirdi. Şairlər zirzəmisi kafesinin inkişafı Rus inqilabından sonrakı dönəminə təsadüf edir[2].
Kafenin divarları müxtəlif təsvirlərlə işlənmişdir. 15 avqust 1920-ci ildə burada Velimir Xlebnikov öz şerləri ilə çıxış etmişdir. 2016-cı ilin yayında zirzəmidə təmir işləri aparılmışdır. Kafenin yenidən bərpası planlaşdırılır ki, onu şəhər gənclərinin əsas toplaşma yerinə çevrilsin. Onun açılışı DÇ-2018 ərəfəsində planlaşdırılır[3].