Şamət Qoşunəli oğlu Tağıyev (1974 – 31 mart 1994, Bakı) — Azərbaycanlı şəhid.
Şamət Tağıyev | |
---|---|
Şamət Qoşunəli oğlu Tağıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu, Miskinli kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gədəbəy rayonu, Miskinli kəndi |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992-1994 |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Tağıyev Şamət Qoşunəli oğlu 1974-cü ildə Gədəbəy rayonu, Miskinli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərində Texnologiya texnikumuna daxil olub.
1992-ci il oktyabr ayının 18-də Sumqayıt şəhər hərbi komisarlığından həqiqi hərbi xidmətə çağrılıb. Şamət Ağdam, Kəlbəcər, Ağdərə bölgələrində gedən döyüşlərin fəal iştirakçısı olub. Sıravi Tağıyev 1 fevral 1994-cü il tarixdə Ağdam rayonun Novruzlu kəndi uğrunda gedən döyüşdə tabur tərkibində erməni mövqeyinin arxasına kerçərək çoxlu sayda erməni quldurlarının məhv edilməsində fəallıq göstərmişdir. O, mühasirəyə düşmüş, lakin mühasirəni yarıb çıxmağa imkan tapmış, öz pulemyotu ilə xeyli erməni quldurunu məhv etmişdir. Tağıyevin son döyüşü elə Novruzlu kəndində olub. 29 mart 1994-cü ildə kənd uğrunda gedən döyüşdə yaralanıb. Təcili Bərdə rayon xəstəxanasına, ordan da Bakıya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 31 mart 1994-cü ildə şəhid olub.
Gədəbəy rayon, Miskinli kənd 2-saylı məktəbi ilk şəhidi olan Şamət Tağıyevin adını daşıyır. Gədəbəy rayon, Miskinli kənd qəbirsanlığında dəfn edilmişdir.