Şamaxı Humanitar Kolleci

Şamaxı Humanitar Kolleci (əvvəlki adı: Şamaxı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi[1]

Şamaxı Humanitar Kolleci
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Rauf Aliyev
Şəhər Şamaxı
Ölkə
Ünvan Şamaxı şəhəri

Əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır[2].

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır:[3]

  • Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • Təsviri incəsənət müəllimliyi;
  • İbtidai sinif müəllimliyi;
  • Məktəbəqədər təlim və tərbiyə;
  • Hüquq mühafizə fəaliyyəti;
  • Kitabxana-informasiya təminatı;
  • İnstrumental ifaçılıq (alətlər üzrə);
  • Xanəndəlik;
  • Musiqi nəzəriyyəsi;
  • Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə);
  • Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Humanitar Kolleci Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır.[4]