Şamaxı Mədəni-Maarif Texnikumu

Şamaxı Humanitar Kolleci (əvvəlki adı: Şamaxı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi[1]

Şamaxı Humanitar Kolleci
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Rauf Aliyev
Şəhər Şamaxı
Ölkə
Ünvan Şamaxı şəhəri

Tarixi[redaktə | mənbəni redaktə et]

Əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır[2].

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır:[3]

  • Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • Təsviri incəsənət müəllimliyi;
  • İbtidai sinif müəllimliyi;
  • Məktəbəqədər təlim və tərbiyə;
  • Hüquq mühafizə fəaliyyəti;
  • Kitabxana-informasiya təminatı;
  • İnstrumental ifaçılıq (alətlər üzrə);
  • Xanəndəlik;
  • Musiqi nəzəriyyəsi;
  • Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə);
  • Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi.

Ləğvi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Humanitar Kolleci Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı.[ölü keçid]  (az.)
  2. "Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli, 112 nömrəli Qərarı.[ölü keçid]  (az.)
  3. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.[ölü keçid]  (az.)
  4. "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında" Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az  (az.)