Şamaxı qərənfili

Dianthus schemachensis Schischk.

Şamaxı qərənfili
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Şamaxı qərənfili
Beynəlxalq elmi adı
  • Dianthus schemachensis

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(iii, iv, v) c (iii, iv) + 2ab(ii) c (ii, iii). Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik , tünd –göy rəngli ot bitkisidir. Gövdələri dəstə şəklində kökümsovdan qalxır, (9)12—20(25) sm uzunluğunda, düz yaxud qalxanvari şəkildə olurlar. Yarpaqlar oturaq, əsasında ensiz-xətli, 1–2 mm enində, sivrilmiş, qıraqlardan nahamardır. Çİçəkləri tək-tək yerləşir. Kasacıq 26—30(23) mm uzunluqda, qabıqlı, silindrik, ağımtıl, çox vaxt al-qırmızı rənglidir. Yarpaqların ayası 6–8 mm uzunluğunda, tərs – yumurtavari, üstdən ağımtıl, alt tərəfdən çəhrayıdır.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun ayına təsadüf edir. Quraqlığa davamlı, işıqsevəndir. Toxum və kökümsovla çoxalır. Düzənlikdən orta dağ qurşağına kimi quru, gilli və daşlı yamaclarda, töküntülərdə, qayalarda, yovşan yarımsəhralarında, taxıllarda, müxtəlifotlu qruplaşmalarda rast gəlinir.[4]

Böyük Qafqazın şərqi (Bakı – Şamaxı yolunda, Şamaxı rayonu—Daşlıca dağı), Abşeron (Güzdək yaylası), Kür-Araz ovalığı (Qaradağ rayonu—Qobustan qəsəbəsi), Samur – Dəvəçi ovalığı (Şabran rayonu, Gilgilçay boyu, Beşbarmaq dağı).[5]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılıllığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın az saylı olması və antropogen amillərin təsiri (infrastrukturun inkişafı, otarılma, tapdalanma).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda xüsusi qorunma tədbirləri aparılmır. Yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum banklarında saxlanılması, introduksiya edilməsi təklif olunur.

  1. "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-16.
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. Флора Азербайджана, 1953
  4. . Ахундов Г.Ф., 1972;
  5. . Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012;