Şamdan bəy (dram)

"Şamdan bəy yaxud dilin bəlası"

"Şamdan bəy (dram)"Nəriman Nərimanov tərəfindən 1895-ci ildə komediya janrında yazılmış dram əsəri. Yazıçının ikinci dram əsəri olan bu "Şamdan bəy"in ikinci adı "Dilin bəlası" da adlanır. Müəllif bu komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi mətbəəsində ayrıca kitab şəklində çap etdirib.[1]

O, "Dilin bəlası, yaxud Şamdan bəy" (1895) komediyasında burjua cəmiyyətinin doğurduğu fəlakətlərə qarşı çıxır, Şamdan bəy obrazında dövrün lovğa, ikiüzlü dost görünüşlü düşmənlərini ifşa edirdi. Dramaturq bu əsərində ilk dəfə olaraq kapitalizm aləminin bəlalarından xilas olmaq üçün mütərəqqi qüvvələrin ittifaqı ideyasını irəli sürürdü.[2]

Nəriman Nərimanov "Dilin bəlası, yaxud Şamdan bəy" komediyasında kapitalizm münasibətlərinin formalaşdığı dövrdə hakim burjuaziya cəmiyyətinin əxlaq pozlunluğununu, riyakarlığını Şamdan bəy simasında açıb göstərir. Dörd məclisdən ibarət olan bu komediya sadə dramatik konflikt əsasında qurulmuşdur. Bu münaqişə insanlıqlarını itirmiş "Zəmanə fırıldaqçısı" Şamdan bəyə qarşı əsərin qəhrəmanı Yusifin dostları ilə birlikdə apardığı mübarizə əsasında yaranıb.[3][4]

Dramaturq Şamdan bəyin son monoloqunda bir tərəfdən onun mənəvi sarsıntı keçirdiyini, buna baxmayaraq qaranlıq fikirlərdən əl çəkmədiyini göstərirsə, o biri tərəfdən onun intiharının əsl səbəbini nəzərə çatdırır. Şamdan bəy deyir:

" Çünki bundan da pis gün görmək istəmirəm. Bundan sonra qalıb nə edəcəyəm? Yemək yox, içmək yox, dost yox, aşna yox. Hamı məndən qaçır[5]. "
  • Yusif — mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında
  • Qulu — Yusifin nökəri
  • Xədicə — Yusifin nişanlısı, 19 yaşında
  • Hacı İbrahim — Xədicənin atası, 40 yaşında
  • Nigar — onun övrəti, 50 yaşında
  • Nazlı — onun qulluqçusu, 20 yaşında
  • Niyaz bəy — Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında
  • Şamdan bəy — Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun
  • Sultan, Murad, Rəsul-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında. Kimi Avropa libasında və kimi çərkəzi libasında
  • Rza bəy, Heydər bəy, Nəcəf bəy — Şəhərin mütəşəxxis bəylərindən, 40 yaşında, çərkəzi libasında
  • Cəfər — Hacı İbrahimin nökəri
  • Pərzad qarı — qoca övrət, 50 yaşında
  1. "Nəriman Nərimanov şəxsiyyətinə yeni baxış". 2020-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-17.
  2. "Nəriman Nərimanov tarixdə". 2018-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  3. Nərimanov, Nəriman. Seçilmiş əsərləri. Bakı: "Nurlar". 2017. səh. 570 səh.
  4. Əhmədov, Teymur. Nəriman Nərimanovun dramaturgiyası. Bakı: "Nurlar". 2005. səh. 384. ISBN 9952-403-30-5.
  5. "Nəriman Nərimanov - Şamdan bəy" (Azərbaycan dili). ens.az. 2020-03-17 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]