1989-cu ildə Xəzəryanı Respublikaların Byennalının qalibidir.
2014-cü ildə "AzNarƏ Şirkəti tərəfindən keçirilən "Nar" sərgi-müsabiqəsinin Laureatıdır.
2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən "İlin ən yaxşı əsəri" sərgi-müsabiqəsində qalib gələrək, 1-ci mükafata layiq görülüb.
Əsərləri, Respublika, xarici ölkə muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Ş.Həsənovun əsərləri, ABŞ, Fransa, Çin, Yaponiya, Almaniya, İngiltərə, Türkiyə, İran İslam Respublikasında, Moskvada və digər ölkələrdə nümayiş olunub.