Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şamil Xurşud oğlu Fərzəliyev -Şamil Xurşud (1934–1986): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi
Şamil Xurşud | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan SSR, |
Vətəndaşlığı | Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Janrlar | felyeton, oçerk, hekayə, povest, pyes |
Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Şamil Xurşud yaradıcılığa kiçik səhnə əsərləri yazmaqla başlamışdır. Ötən əsrin altmışıncı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış etməyə başlamış, bir qədər sonra isə hekayələri, povest və pyesləri işıq üzü görmüşdür. Onun "Özüm və özün" ilk felyetonlar kitabı böyük marağa səbəb olmuş, daha sonra isə bir-birinin ardınca "Azarkeş nənə", "Xəstələr", "Naxırçı çörəyi", "Ağaclar kəsilmədi", "Bahar yağışları", "Sən tək deyilsən", Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Bəxtiyar deyil" kitabları nəşr olunmuşdur. Müxtəlif illərdə yazdığı səhnə əsərləri Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında, İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
Şamil Xurşud Fərzəliyevin "Səndən sonra" kitabı yazıçının ölümündən sonra "Şərq-Qərb" nəşriyyatı tərəfindən çapdan buraxılmışdır. Yazıçı və onun yaradıçılığı haqqında Azərbaycanın nasir və şairləri, o cümlədən xalq yazıçısı Əli Vəliyev, xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, akademik Fəraməz Maqsudov, şairlər Rəfiq Zəka Xəndan, Məmməd Aslan, Flora Xəlilzadə, Hidayət, xalq artisti Ağakişi Kazımov, əməkdar incəsənət xadimi Cəmil Əlibəyov, yazıçı-publisist Yusif Kərimov, şair Şahmar Əkbərzadə, yazıçılar Əlfi Qasımov, İsmayıl Qarayev, Nahid Hacızadə, Əmir Mustafayev, əməkdar jurnalistlər Şakir Yaqubov, Vaqif Bayramov və onlarca digər tanınmış qələm sahibləri qiymətli fikirlər söyləmişlər. "Qızıl qələm" mükafatı laureatı olmuş və bir sıra Fəxri Fərman və medallara layiq görülmüşdür.
1. "Sizi Unutmaram" 1961, Bakı, "Uşaqgəncnəşr"
2. "İnsan yaşayır" 1964, Bakı, "Azərnəşr"
3. "Özüm və özün" 1965, Bakı, "Azərnəşr"
4. "Xəstələr" 1967 Bakı, "Xalq yaradıcılığı evi"
5. "Azarkeş nənə" 1970, Bakı, "Gənclik"
6. "Ağaclar kəsilmədi" 1975, Bakı, "Gənclik"
7. "Naxırçı çörəyi" 1978, Bakı, "Gənclik"
8. "Sakitlik olmayacaq" 1983, Bakı, "Yazıçı"
9. "Səndən sonra" 1998 Bakı, "Şərq Qərb"
1. Sən tək deyilsən
2. Məhəbbət novellası
3. Yaz yağışı
4. Qvardiya, irəli
5. Sevinc
6. Yol ayrıcında
7. Bəxtiyar deyil
8. Kiçik torpaqda üç gün
Tanınmış yazıçı-jurnalist Şamil Xurşudun 80 yaşı tamam olur — APA az.apa.az/news/332078 Tanınmış yazıçı-jurnalist, mərhum Şamil Xurşudun (Fərzəliyev) 80 yaşı tamam olur. … Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində …