Şamo Abbasov (1 avqust 1955, Bakı – 7 may 2014) — Azərbaycan rəssamı[1].
Şamo Abbasov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Janr | Rəssam |
Şamo Abbasov 1955-ci ildə Bakı şəhərində anadan olub. 1970-1974-cü illərdə Ə.Əzimzadə adına dövlət incəsənət məktəbində, 1978-1984- cü illərdə Leninqradda Vera Muxina adına incəsənət məktəbində təhsil alıb.
1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür.
1989-cu ildə Azərbaycan Rəssamlar İttifaqının 1-ci dərəcəli diplomu, 1996-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyinin ikinci hədiyyəsi ilə təltif olunub.
Şamo Abbasovun işləri Azərbaycan, Bakı Milli İncəsənət Muzeyində saxlanılır; Azərbaycan Milli Rəsm Qalereyasında (Bakı); RF Mədəniyyət Nazirliyində; Beynəlxalq rəssamlar konfederasiyası (Moskva, Rusiya); Ştiqlis adına tətbiqi incəsənət muzeyində (Sankt-Peterburq, Rusiya); Beynəlxalq keramika muzeyində (Bexin, Çexiya); Azərbaycanın ABŞ-dakı səfirliyində və xarici şəxsi kolleksiyalardadır.
Şamo Abbasov 7 may 2014-cü ildə Bakıda vəfat etmişdir.
2014-cü il, martın 4-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış rəssamı Şamo Abbasovun əsərlərinin sərgisi açılmışdır[2].
Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı incəsənət həvəskarları və soydaşlarımız iştirak etmişlər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Şamo Abbasovun yaradıcılığı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, onun əsərləri Azərbaycanın, Rusiyanın, ABŞ-nin, Çexiyanın, Avstraliyanın muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Şamo Abbasovun tablolarında tamaşaçıya illüziya və fantaziyalarla dolu, sirli, xülya və xatirələrlə bol bir dünya təqdim olunur. Şamonun əsərlərində milli koloritə və özünəməxsusluğa malik obrazlar sadə, xeyirxah və gülərüz insanları əks etdirməklə yanaşı, tamaşaçını abstrakt və sirli bir dünyaya səyahətə aparır.
Qeyd edilmişdir ki, Şamo Abbasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xəttə malik olmaqla bahəm, milli incəsənəti dünyada uğurla təbliğ edən fırça ustalarından biridir.
Tədbirdə Ayzenştadt Yozef Haydn Konservatoriyasının tələbəsi Müşfiq Quliyev Azərbaycan bəstəkarlarının əsərlərindən və xalq mahnılarından ibarət kompozisiyalar ifa etmişdir.
Sərgi bir neçə həftə sənətsevərlər üçün açıq olacaqdır.
Şamo Abbasovun digər sərgilərii aşağıdakılardır: