Şamo Eyvazov

Şamo Eyvazov — İspaniya Kikboksinq Federasiyasının üzvü, peşəkar idmançı, 2017-ci ildə Muay tay idman növü üzrə İspaniya çempionu.[1]

Şamo Eyvazov
Doğum tarixi (31 yaş)
Doğum yeri Qaçaqkənd,
Neftçala rayonu
Vətəndaşlığı İspaniya İspaniya
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Şamo Eyvazov 20 aprel 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 2009-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində Nəriman Bəşirov adına tam orta məktəbini bitirmişdir. 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə İspaniya Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır.[2]

İdman fəaliyyəti[redaktə | mənbəni redaktə et]

8 may 2017-ci il tarixində İspaniyada keçirilmiş Muay tay idman növü üzrə çempionatın qalibi olub. Həmin çempionatda Şamo Eyvazov bütün rəqiblərinə qalib gələrək birinci pilləyə yüksəlib.[1]

2018-ci ildə İspaniyada 70 kq çəki dərəcəsində "MMA" (Qarışıq Döyüş Sənətləri) üzrə İspaniya çempionu olub. [2]

27 avqust 2019-cu ildə İspaniyada "Qarabağ" idman Klubunu açıb.[3]

Ümumi nəticələri[redaktə | mənbəni redaktə et]

Şamo bu günə qədər 64 döyüş keçirib. Onun 51-i qələbə ilə başa çatıb. [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Azərbaycanlı idmançı İspaniyada qızıl medal qazandı". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  2. 1 2 3 Shamo Eyvazov
  3. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]