Şamxal Məmmədov

Məmmədov Şamxal Əliməmməd oğlu (10 oktyabr 1910, Qaryagin20 noyabr 1984, Bakı) — Azərbaycan alimi, Kimya elmləri doktoru (1954), professor (1956), AMEA-nın müxbir üzvü (1967).[1]

Şamxal Məmmədov
Şamxal Əliməmməd oğlu Məmmədov
Doğum tarixi 10 oktyabr 1910(1910-10-10)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1984(1984-11-20) (74 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları "Şərəf nişanı" ordeni

Şamxal Məmmədov 10 oktyabr 1910-cu ildə Qaryagin (hazırkı Füzuli) şəhərində dünyaya gəlmişdir. Qaryagin şəhər məktəbini bitirmişdi. Sonra 1922–1926-cı illərdə Qaryagin kəndli-gənclər məktəbində təhsilini davam etdirmişdi. 1928–1930-cu illərdə Qaryagin Pedoqoji Texnikumunda oxumuşdu. V. I. Lenin adına API-nin (hazırkı N. Tusi adına APU-nun) hazırlıq kursunu bitirmişdir.[2]

1931-ci ildən 1935-ci ilədək V. I. Lenin adına API-nin kimya fakültəsinə daxil olub, oranı əla diplomla bitirmişdir.

Şamxal Məmmədov 1954-cü ildə kimya elmləri doktoru, 1956-cı ildə professor elmi adını almışdı. 1967-ci ildən Azərbaycan SSR EA müxbir üzvü idi.

Şamxal Məmmədov 1937–1943-cü illərdə SSRI EA Azərbaycan filalının Kimya Institutunun üzvü kimya labaratoriyasının müdiri işləmişdi. 1943-cü ildən 1952-ci ilədək həmin institutun direktoru vəzifəsində çalışmışdı. Eyni zamanda da ADU-nun (hazırkı BDU-nun) üzvi kimya kafedrasının müdiri vəzifəsini icra etmişdi. 1956-cı ildən 1959-cu ilədək V. I. Lenin adına API-nin kimya kafedrasının müdiri vəzifəsində işləmişdi.

Şamxal Məmmədov 1959-cu ildən 1978-ci ilədək Azərbaycan SSR EA Y. H. Məmmədəliyev adına Neft-Kimyası Prоsesləri İnstitutunun bioloji aktiv maddələrinin sintezi və texnalogiyası laborotoriyasının müdiri vəzifəsində çalışmışdı. Ömrünün sonuna kimi həmin laboratoriyanın elmi məsləhətçisi olmuşdur.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ş. Məmmədov üzvi kimya və neft kimyası sintezi sahəsində görkəmli alim olaraq, yeni elmi istiqamətlər və elmi məktəb yaratmışdır. Onun elmi fəaliyyətinin əsas istiqaməti bioloji fəal xassə daşıyan qlikol efirlərin müxtəlif törəmələrinin sintezi və onların əsasında alınmış effektiv preparatların yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. Onun rəhbərliyi ilə qlikol efirləri əsasında aparılan məqsədyönlü sintez nəticəsində effektivliyinə görə məlum analoqlardan üstün bir sıra bioloji fəal birləşmələr sinfinə mənsub və ətraf mühit üçün təhlükəsiz olan yeni herbisidlər, insektisidlər, akarisidlər və baytarlıqda istifadə olunan müalicəvi preparatların sintez üsulları işlənib hazırlanmışdır. İlk dəfə olaraq, yeni sinif bioloji fəal birləşmələr olan qlikol efirlərin quruluşu ilə onların funksional xassələri arasında əlaqə müəyyən edilmişdir. Ş. Məmmədov tərəfindən qlikol efirləri sintezinin onlarla üsulu işlənib hazırlanmışdır. "Qələvi" və "maqnezium-üzvi" üsulları daha universal olub efirlərin məqsədyönlü sintezində geniş istifadə olunmuşdur. Xalq təsərrüfatında geniş tətbiq olunan, bahalı plastifikatorları (dibutilftalat, gənəgərçək yağı) əvəz edən bir sıra yeni "ANAZ" tipli plastifikatorlar neft-kimya məhsulları əsasında yaradılmışdır. Onun rəhbərliyi ilə aparılan fundamental xarakterli işlər arasında atmosfer azotun mülayim şəraitdə fiksə edilməsi problemi böyük elmi əhəmiyyətə malikdir.

Pestisid xassəli qlikol efirlərinin sintezi və tədqiqinə aiddir.

Ş. Məmmədovun rəhbərliyi ilə bir sıra yeni pestisid (Herbisid, inseksid, akarsid, funkisid və s.) sintez edilmiş, qlikol efirlərinin sintezi üçün yeni üsullar işlənib hazırlanmışdır. Yüksəkixtisaslı elmi kadrların hazırlanmasında xidmətləri vardı.

Ş. Məmmədovun əsas elmi fəaliyyəti bioloji xassə daşıyan qlikol efirlərin sintezi və tədqiqi ilə bağlı olub. Onun tərəfindən qlikol efirlərinin sintezinin onlarla üsulu işlənib hazırlanıb və bu üsulların köməyilə 5000-ə qədər maddə alınıb və ABŞ-nin İndex Chemicals–ın qeydiyyatından keçib. Alimin rəhbərliyi ilə qlikol efirləri əsasında bioloji aktiv birləşmələr sinfinə mənsub olan yeni herbisidlər, insektisidlər, akarisidlər, baytarlıqda işlədilən Efiran-111 və Efiran −67 tipli müalicəvi preparatların sintezi üsulları işlənib hazırlanıb.

Elmi Tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Ş. Məmmədovun apardığı elmi tədqiqatların nəticələri 400-dən artıq elmi əsərdə, 3 monoqrafiyada, o cümlədən 70 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun tərəfindən olduqca mühüm insektisid olan "Sevin" preparatında istifadə olunan metilizosianatın təhlükəsiz alınma üsulu işlənib hazırlanmışdır.

Ş. Məmmədovun respublikamızda yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sayəsində böyuk rolu olub. Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 50-dən artıq fəlsəfə doktoru hazırlanmışdır.

  • "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
  • "Qafqazın müdafiəsi", "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə",
  • "Zəfər nişanı" və "Əmək veteranı" medalları,
  • "Sosializm yarışının qalibi" nişanı.
  • İssledovanie v oblasti sinteza prostıx efirov qlikoley, Bakı, 1944,
  • Prostıe efirı qlikoley, Bakı, 1961,
  • Prostıe qaloidoefirı i ix bioloqiçeskaya aktivnost, Bakı, 1966.
  1. "Arxivlənmiş surət". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
  2. "Arxivlənmiş surət". 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
  3. http://www.nkpi.az/?page=addread&id=476