Şamxorskilər[1] — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda, keçmiş Yelizavetpol quberniyasında iri mülkədar nəsli. 40 min desyatindən artıq torpağı var idi. Şamxorskilərin torpaqlarında dəfələrlə kəndli çıxışları baş vermişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, Azərbaycan İnqilab Komitəsinin 5 may 1920-ci il tarixli dekretinə əsasən Şamxorskilərin mülx və torpaqları müsadirə edilmişdir.[2]
Şamxorskilər | |
---|---|
Dövr | sovet hakimiyyətinə qədər |
Mənşəyi | Şəmkir |
Təbəəliyi |
Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti |
Torpaqları | 40 min desyatindən artıq |