Şaquli zonallıq

Şaquli zonallıq- dağlarda hündürlükdən asılı olaraq hadisələrin qanunauyğunluqla birbirini əvəz etməsidir. Hündürləşdikdə günəş radiasiyasının, xüsusən qısadalğalı radiasiyanın gərginliyi artır, atmosferdə tozsu buxarı azalır; lakin hər 100 m qalxdıqda temperatur 0,5-0,60 , təzyiq isə hər 100-150 m-də 10 mm düşür. Habelə kondensasiya şəraiti dəyişir. Yağıntı müəyyən hündürlüyə qədər artır, sonra isə azalır. İqlim şaquli zonallıq ilə əlaqədar olaraq torpaqbitki örtükləri, heyvanat aləmi, relyef də, yəni bütün landşaft da dəyişir. Sinonimi: Hündürlük zonallığı. [1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyeva N.Ə. Hidrometeoroloji lüğət. Bakı 2005., 246 s