Şar dəyirmanı

Şar dəyirmanı — möhkəm materialları əzmək üçün qurğu.

Əsasən rənglərdə,pirotexniki vasitələrdə(müəyyən effekt-fişəng vəya siqnal,yanacaq tərkibli-alov,yardırıcı vasitələr) və keramikada istifadə olunan toz məhsulu istehsalında istifadə olunur. Şar dəyirmanı sement,əhəng,gips, keramika məhsulları və s. istehsalı zamanı materialı ən az 1/10 ölçülərində əzmək üçün istifadə olunur. Üyütmə prosesi böyük enerji sərfiyyatı və xərclərinə görə fərqlənir. Şar dəyirmanlarında materialın üyüdülməsi barabanın daxilindəki boşluğun içində fırlanaraq əzəlməsi şəklində baş verir. Üyütmə obyektlərinin (şar,millər) fırlanması zamanı və üyüdülən obyektlər («yük» adlanan) əvvəlcə dairəvi trayektoriya üzrə barabanla bir hərəkət edir, sonra isə parabolaya çevrilir. Yüklərin bir hissəsi fırlanma oxuna yaxın yerləşir, aşağı təbəqəyə doğru sürüşür. Materiallar aşınma nəticəsində xırda tərkiblər və material hissəciklərinin nisbi hərəkəti zamanı zərbələr nəticəsində üyüdülür.

Şar dəyirmanları iki cür olur: laboratoriyada və sənayedə istifadə olunan. Konstruksiyasının növündən asılı olaraq tək və cüt kameralı olur. Konstruksiyasının əsas hissəsi— fırlanan baraban,qismən doldurulan müəyyən olunmuş diametrli—polad,çuqun və digər ərintilərdən bəzən isə keramikandan hazırlan şarlar. Həmçinin çınqıl,çaxmaq daşı və digər üyüdücü materiallar istfadə oluna bilər. Üyüdücü materiallar, dəyirmanın işi zamanı fırlanır, xammal malı toz halına çevirir. Çox böyük olmayan şar dəyirmanlarının barabanları fırladıcı dəstəyilə, həmçinin, döndərilmə hərəkətinin ötürülməsi üçün şkiflər və kəmərlər ilə təhciz olunub.Yüksək keyfiyyətli şar dəyirmanları xammalı 0,0001 mm qranul ölçüsündə üyüdərək,tamamilə materialın yerüstü səthini yüksəldir.

Daha çox effektli üyüdücü materiallar laboratoriya şar dəyirmanlarında Alminium oksidili (Al2O3) üyüdücü şarlardır. Həmçinin müxtəlif bərk materiallardan (paslanmayan polad, super çətin ərit, əqiq və s.) hazırlanan şarlardan da istifadə olunur. Pirotexniki qarışıqların hazırlanması keramiki şarlardan istifadə olunur.

Sənayedə istifadə olunan şar dəyirmanları —girişdə fasiləsiz xammalın ötürülməsi və çıxışda hazır məhsulun emalı. Termal elektrostatik şar dəyirmanlarının barabanları kömür üyüdülməsi üçün istifadə olunur. Şar dəyirmanları bəzi pirotexniki qarışıqların hazırlanmasında kimyəvi reaksiyaların ola biləcəyi sızmalara görə istifadə oluna bilməz.

Laborotoriya şar dəyirmanları[redaktə | mənbəni redaktə et]

Bərk cisimlərin kiçik miqdarlarını üyütmək üçün laboratoriyalarda elektrik ilə vibrasiyalı şar dəyirmanlarından istifadə olunur. Dəyirmanın əsas hissəsi- polad, keramik və ya qapaqlı əqiq fincan,qismən doldurulmuş, diametri teqriben 5–6 mm olan, fincanla eyni materialdan hazırlanmış şarlar təşkil edir. Bir neçe fincan (6-a qədər) vibrasiyalı qəfəslərə qoyulur və saxlanılır,hansı ki,elektrik mühərriki tərəfindən ekssentrik oxlarla vibrasiyalaşdırılır. Bundan başqa, laboratoriya praktikasında planetar şar dəyirmanlarından da istifadə edilir.

Sənaye şar dəyirmanlarının tətbiq sahəsi və xarakteristikası[redaktə | mənbəni redaktə et]

Şar dəyirmanları müxtəlif filiz və qeyri-metal mineralların orta bərklikli tikinti materiallarının üyüdülməsi üüçün istifadə olunur. Dəyirmanlar tikinti materiallarının istehsalında (gips,qum-əhəng qarışıqlı kərpic, quru qarışıqlar və s.) ,alfaltbeton materiallarının istehsalında (mineral toz), izolyasiya üçün xam materialın istehsalında, kağız(mikro-mərmər,mikro-kalsit),dağ-mədənlər sənayesində,kimyəvi-mədən və digər sənaye sahələrində istifadə olunur. Şar dəyirmanları müxtəlif texniki sxemalarda (açıq və qapalı tsikl) işləyir və üyüdücü şarların köməkliyi ilə bircins incəliyə malik məhsul almağa imkan verir. Dəyirmanın məhsuldarlığı üyüdücü materialların xüsusiyyətindən(qüvvə,üyüdücü qabiliyyət),daxil olan materialın həcmindən(50 mm-ə qədər),materialın nəmliyindən(0,5%-ə qədər), üyüdücünün incəliyindən,vahid enerji qidalanmasından,üyüdücü şarlar və materiallarla doldurulmasından asılıdır:

• Şarın diametri-30 mm-dən başlayaraq • Daxil olan istehsal olunmalı xam materialın ölçüsündən-50mm-ə qədər • Çıxışdakı üyüdücünün incəliyindən-20mkm-ə qədər • Barabanın diametrindən-900 mm-dən başlayaraq • Barabanın uzunluğundan-1500 mm-dən başlayaraq • Barabanın həcmindən-0,9m3 –dan başlayaraq • Elektrik mühərrikinin gücündən-18kVt-dan başlayaraq • İş gərginliyindən-380 V-dan başlayaraq • Məhsuldarlığından-2 t\saat-dan başlayaraq • Çəkisindən-5t-dan başlayaraq


Şar dəyirmanının təyinatı həm quru üsulla, həm də yaş üsulla müxtəlif metal və qeyri-metal minerallar, müxtəlif ağırlıqlı tikinti materialları üçün nəzərtə tutulmuşdur:

• Sement istehsalında klinker və xammal materiallarının üyüdülməsi • Mikrokalsid istehsalatında mərmərin üyütmə • Gips istehsalında sənaye minerallarının üyüdülməsi • Müxtəlif bərk materialların üyüdülməsi • Havalanan kömür qazları ilə termik elektrik fabrikində(stansiyasında) kömürün üyüdülməsi