Şarl qanunu - Jak Şarl tərəfindən tapılmış qaz qanunu.
Bu qanun 1787-ci ildə fransız fiziki J.Şarl tərəfindən təcrübədən tapılmışdır. Qanun izoxor prosesə aiddir.
Şarl qanununa görə sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqinin onun mütləq temperaturuna olan nisbəti sabitdir. Və yaxud da, qazın başlanğıc təzyiqinin ilk temperaturuna olan nisbəti bu parametrlərin ixtiyari andaki təzyiq-temperatur nisbətinə bərabərdir.