Şatra Şatinov(Altayca: Шатра Пепишевич Шатинов;5 sentyabr 1938 – 11 noyabr 2009) — Altay şairi, yazıçısı, dramaturqu və tərcüməçisi. Altay Respublikasının Xalq yazıçısı, Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü[1]
Şatra Şatinov | |
---|---|
Nikolay Pepişoviç Şatinov | |
Təxəllüsü | Şatra Şatinov |
Doğum tarixi | |
Doğum yeri | Oyrot muxtar vilayətinin Onguday rayonunun Xabarovka kəndi yaxınlığındakı Ulegem obası, Altay Respublikası, Rusiya Federasiyası |
Vəfat tarixi | (71 yaşında) |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | Altay türkü |
Təhsili | M.Qorki adına Ədəbiyyat İnstitutu |
Fəaliyyəti | şair, dramaturq, tərcüməçi |
Əsərlərinin dili | altayca, rusca |
Janrlar | şeir, dram, povest |
Üzvlüyü |
|
Şatra Pepişeviç Şatinov 5 sentyabr 1938-ci ildə Altay vilayətinin (indiki Altay Respublikası) Oyrot muxtar vilayətinin Onguday rayonunun Xabarovka kəndi yaxınlığındakı Ulegem obasında müəllim ailəsində anadan olmuşdur. Yazıçının əsl adı Nikolay Pepişeviç Şatinovdur, Şatra Şatinov onun təxəllüsüdür. Orta təhsilini regional milli məktəbdə almışdır. Hələ orta məktəbdə oxuduğu illərdən onda ədəbiyyata maraq yaranmışdır.
1957-ci ildə Dağlıq Altay Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir. Altay Kitab Nəşriyyatının Dağlıq Altay bölməsində redaktor, vilayətin “Altaydın Çolmon” və “Altay star” qəzetlərində ədəbi işçi kimi çalışmışdır.
11 noyabr 2009-cu ildə vəfat etmişdir.
Şatra Şatinov əsərlərini Altay və rus dillərində yazmışdır. O, “Doğma diyar” (1963), “Gün gəldi” (1966), “Əmirlik” (1969), “Erjine” (1971) və başqa şeir və nəsr kitabların müəllifidir. Şatra şatinovun tərcüməsində Altay Respublikasının milli teatrının səhnəsində ilk dəfə Altay dilində Uilyam Şekspirin “Otello”, “Hamlet”, Bernard Şounun “Piqmalion”, Karlo Goldoninin “Otel sahibi”, Mustay Kərimin “Ay tutulması gecəsində”, Anton Pavloviç Çexov bir pərdəli pyesləri və başqa əsərlər tamaşaya qoyulmuşdur. Şatra Shatinov bunlardan əlavə, A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqol, F.Dostoyevski, N.Ostrovski, T.Şevçenko, S.Yesenin, T.Darjay və başqalarının əsərlərini Altay dilinə tərcümə etmişdir. Müəllifin bir çox əsərləri sağlığında nəşr olunmamışdır.