Şelkovnikov süsəni

Şelkovnikov süsəni (lat. Iris schelkownikowii) — süsənkimilər fəsiləsinə aid bitki növü.[1]

Şelkovnikov süsəni
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Şelkovnikov süsəni
Beynəlxalq elmi adı
  • Iris schelkownikowii

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Nəsli kəsilmək təhlükəsində olanlara" aiddir. Azərbaycanın prioritet endemik növüdür. 

Morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünə, gövdə 4—20 sm hündürlüyündə, bir iri təpə çiçəyindən ibarətdir. Yaraqları boz—göymtül, dar—xətvari, 2—3 mm enində, bəzən spiralvari əyilmişdir, təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, ucu sivridir. Çiçəkyanlığının xarici tərəfi üfüqi aşağı dartılmışdır, 4-5 sm uzunluğunda, 1,5-2 sm enində uzunsov və ya uzunsov xətvaridir, küt, boz, ortada dairəvi tünd göy ləkə və tünd-göy damarlar var. Çiçəkyanlığının daxili tərəfi yuxarıya doğru, 6—7 sm uzunluğunda, 3-3,5 sm enində, uzunsov, tərs yumurtavari, sıxılmış, qısa dırnaqcıqlı, küt, mavi bənövşəyi və ya bənövşəyi damarlıdır. Tozcuğu bənöşəyi, qutucuq 5-6 sm uzunluğunda, uzunsov, üçtilli, qısa buruncuqludur. [2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə dövrü aprel, meyvə əmləgətirmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru, gilli və daşlı yamaclarda yayılmışdır. Mezokserofitdir. [2] [4] [5]

Bozqır yaylası. [2] [6] [7] [8]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyaları çox nadirdir. Tək-tək bitir.[8] Dekorativ bitkidir. İtmə təhlükəsi altındadır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşayış ərazisinin deqradasiyası, otarılma, tapdalanma və əhali tərəfindən yığılması itmə təklükəsini yaradır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizə tədbirləri yoxdur. Ysaqlıqların yaradılması vacibdir.

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. 1 2 3 Флора Азербайджана, 1952
  3. "Arxivlənmiş surət". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
  4. Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981
  5. Ибадлы О.В. 2005
  6. Salayeva Z.K., 2006
  7. Talıbov T.H., İbrahimov Ə.Ş., 2008
  8. 1 2 Qaraxani P.X., 2013