Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Amaras şəhər memarlığına aid məbədlərdən biri. I yaşayır yeri kompleksinə daxil olan bu məbəd eyni adlı dağda, xüsusi bir yüksəklikdə tikilmişdir. Abidənin yerüstü hissəsi dağılmış, yalnız qismən bünövrə hissəsi salamat qalmışdır. Dönəminin tikililərindən biri olan abidədə aparılan axtarışlar zamanı bəlli olmuşdur ki, o yerli əhəng cinsli daşdan tikilmişdir. Amaras ərazisi tikinti üçün yararlı daş ehtiyatına malik olduğundan, burada bütün tikinti işləri əhəng cinsli daşla aparılmışdır.
Şenadeq məbədi uzunsov bazilika tipində olub, fasadı yuvarlaq yonulmuş daş sütunlar üzərində qurulmuşdur. Qazıntı zamanı üç ədəd sütunaltı bazaya təsadüf olunmuşdur. Bu bazalar antik dövr məbədləri üçün xarakterik formada olub, binanın güney-doğusunda sıra ilə tapılmışdır. Onlar bir-birindən eyni arada olub, hər biri 2,5 metr məsafədə idi.
Sütunaltlıqlarından 2,8 metr güney-doğuya məbədin qapısı və iki yan sütunu tapılmışdır. Bünövrə qalıqları göstərir ki, məbəd birnefli olub, ümumi uzunluğu təxminən 8, eni 6 metrdir. Onun divarlarının qalınlılğı 1,2 metr idi. Məbədin fasadında, daha doğrusu, sütunaltlıqlarından bir qədər quzey-doğuya iki ədəd pilləkən tapıldı. İri sal daşlardan hazırlanmış bu pilləkənlərin uzunluğu binanın enindən bir qədər azdır. Onların uzunluğu 5,2 metrə çatırdı. Bu göstərir ki, biz axtarış zamanı heç də bütün sütunaltlıqlarını tapmamışıq. Təxmini hesablamamlara görə fasadda üç yox, dörd sütun olmuşdur. Sütunaltlıqlarda biri, yəqin ki, bina dağıdılarkən dağıdılmışdır.
Sütunaltı əsaslar hamısı eyni formada olub, əsasən üç hissədən ibarətdir. Ən alt hissə dördkünc şəkildə düzəldilmiş, ondan yuxarı hissə isə yuvarlaq formada, dairəvi yonulmuşdur. Axırıncı hissə bir növ ikinci hissəni təkrar etməklə həm nazikdir., həm də diametr etibarilə kiçikdir. Orta hissənin qalımlığı alt hissəyə bərabər olsa da, alt hissənin künclərini nəzərə almasaq, diametr baxımından ondan bir qədər böyükdür. Məbədin üst hissəsi uçduğundan onun quruluşu haqqında təsəvvür əldə etmək mümkün deyil. Ancaq antik dönəm məbədləri üçün xarakterik sayılan bir xüsusiyyə - məbədlərin üstünün günbəzsis, tağvari örtülməsi, şübhəsiz araşdırdığımız məbəd üçün də səciyyəvi olmuşdur.
Rəşid Göyüşov. Amaras-Ağoğlan, Bakı, "Elm" 1975.