Şenderov binası - Rostov-na-Donu şəhərinin ərazisində, Voroşilov prospektində ev/33 ünvanında yerləşən bina. Bina mühəndis N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir[1]. Bina eklektin və modern janrlarında inşa edilmişdir. Şenderov binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[2].
Şenderov binası | |
---|---|
rus. Доходный дом С. И. Шендерова | |
47°13′11″ şm. e. 39°43′09″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Memar | N. M. Sokolov |
Memarlıq quruluşu | Eklektika |
Vikianbarda əlaqəli mediafayllar |
Gəlirli ev olaraq bina N. M. Sokolovun layihəsi əsasında XIX əsrin sonlarında ildə Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında inşa edilmişdir. Bina ikinci dərəcəli gildiya taciri Solomon İsraileviç Şenderova mənsub olmuşdur (1877—?)[3]. Binanın birinci mərtəbəsi müxtəlif ticarət obyekləri kimi istifadə edilirdi. İkinci mərtəbədə isə S.İ. Şenderovun mənzili və qonaq otaüları yerləşirdi. Yanlarda isə yaşayış otaqları mövcud idi. Sovet hökuməti qurulduqdan sonra bina milliləşdirilmişdir. 1920-ci illərdə binanın birinci mərtəbəsində ticarət obyekləri üçün, ikinci mərtəbəsində isə yaşayış otaqları kimi istofadə edilməyə başlanılmışdır. Böyük Vətən müharibəsi dönəmində bina böyük zərər çəkmişdir. 1950-ci illərdə M. N. İşunin və Q. A. Petrovun layihələri əsasında bərpa edilmişdir. Elə bu zaman binada yeni elementlər meydana gəlmişdir. 2000-ci illərdə binada yenidən bərps işləri aparılmışdır. Bu zaman onun bir hissəsi ilkin forpasına qaytarılmışdır. Hazırda isə binada Alfa-bank yerləşir.
İki mərtəbəli bina П-vari formaya malikdir. Binanın fasadı Voroşilov prospektinə yan hissələri isə Serafimoviç və Temernis küçələrinə baxır.