Şepkinski meşəsi

«Şepkinski meşəsi» dövlət təbiət yasaqlığıRostov-na-Donu ərazisində yerləşən ən böyük qorunan təbiət ərazisidir[1]

Şepkinski meşə
rus. Щепкинский лес
Sahəsi 1600 ha
Yaradılma tarixi XX əsrin əvvəlləri
Yerləşməsi
47°19′50″ şm. e. 39°46′49″ ş. u.
Ölkə  Rusiya
Rayon Rostov vilayəti
Şepkinski meşə xəritədə
Şepkinski meşə
Şepkinski meşə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Belə ehtimal edilir ki, yasaqlığın adı onun yaxınlında Şepkin yaşayış məntəqəsindən ggötürülmüşdür[2]. Şimaldan cənuba 4 km, şərqdən qərbə isə 4-4,5 km-dir.

Şepkin kəndi

XX əsrin əvvəllərində Rostov vilayətinin Şepkin kəndi ərazisində meşə zolağı salınmağa başlanılır. Bu ərazidə yasaqlıq yaradılmasına səbəb olur. Bura müxtəlif növ heyvanların köçürülməsi planlaşdırılsa da bu baş tutmur. Bölgədə kənd təsərrüfatı ləğ edilir.[3] Bölgədə geniş meşə sahəsi meydana gəlmişdir. Üstəlik meşədə bitki növlərinin zənginliyi ilə seçilir.

Hazırda Şepkinski Rostov-na-Donu şəhəri mərkəzinə ən yaxın insan tərəfindən salınmış ən böyük meşə sahəsidir. Yerli əhali bayramlarını meşənin əsrarəngiz təbiətində qeyd etməyi xoşlayırlar. Üstəlik burada müxtəlif çöl oyunları təşkil edilir. Bu oyunlar sanki, nağıllar aləmini xatırladır.

Şepkinski meşəsi Rostov-na-Donu şəhərinin şimal-şərqində yerləşir. Ərazisi əsasən akkumuyativ düzənlikdən ibarətdir. Əraisində iki krater vardır ki, onunda biri su ilə dolmuşdur. Meşənin şərqində süni göl mövcuddur. Bu göl Böyül Kamışevax və Temerik çayının suları ilə qidalanır[4]

Şepkinski meşəsində istər meşə istərsə çaylarda yaşayan csnlılara rast gəlmək mümkündür. Su ilə dolmuş göldə müxtəlif növ balıq və xərçənglərə rast gəlinir. Meşədə isə çöl donuzu, tülkü, kəklik, dovşan və Rusiyanın cənubunda yayılmış canlılara rast gəlmək olur. Meşədə ov etmək qadağandır. Balıq ovuna isə icazə tələb olunmur[5]

  1. "Şepkinski meşəsi, Rostov və Rostov-na-Donuda istirahət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  2. "Urban Exploration - Şepkinski meşəsi". 2017-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  3. "Rostov şəhər cəmiyyəti - Şepkinski meşəsi". 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  4. "yan-portal: Şepkinski meşəsi". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  5. "Şepkinski meşəsi - Rostov-na-Donu". 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.