Şeqren sindromu, quru sindrom – ən çox rast gəlinən autoimmun xəstəlikdir. İlk növbədə ağız (kserostomiya), gözyaşı (kseroftalmiya) vəzilərinin tədricən sekretor çatışmazlığı və sistem əlamətlərlə gedir. I-li və II-li olur. Anti-Ro/SS-A, və anti-La/SS-B I ŞS seroloji markerləridir. ANA (85–90%) və RF (50–60%) pozitiv olur, qızıl standard kiçik ağızsuyu vəzilərinin biopsiyasıdır.[3]
Şeqren sindromu | |
---|---|
XBT-10-KM | M35.00, M35.0 |
XBT-9-KM | 710.2[1][2] |
OMIM | 270150, 270150 |
DiseasesDB | 12155 |
MedlinePlus | 000456 |
MeSH | D012859 |
Vikianbarda əlaqəli mediafayllar |
Şeqren sindromu uşaqlarda gözdə və ağızda quruluq, ağır diş kariyesi, parotiti olur. Qulaqyanı vəzilərin xoşxassəli residivləşən şişkinliyindən, epidemik parotitdən, limfomalar, sarkoidoz, vərəm və QİÇS – dən ayırmaq lazımdır.