Şerman Antitrest Aktı

Şerman Antitrest Aktı Şerman antitrest aktı,1890-cı ildə Bencamin Harrisonun prezidentliyi dövründə ABŞ Konqressi tərəfindən qəbul edilən antitrest aktları tarixində qəbul edilən önəmli bir federal nizamnamədir. Federal hökumət tənzimləyicilərinin bu aktla rəqabət apara biləcəyini düşündüyü bəzi ticarət fəaliyyətlərinə icazə verildi və federal hökumətini istintaq və etibarlı araşdırmaya səslədi. Qanunla idarə edilən 19-cu əsr Amerikasının spesifik cəhəti onda idi ki,bir çox böyük müəssisəni inhisar məqsədli birləşdirərək,bir növ güvən mənasına gəlməktədir. Buna baxmayaraq,yenə də bu qanun nizamlama ilə əlaqəsiz olsa belə,inhisarçı proqramları öz əlinə almaqdadır. İnhisarlar məsələn bir bazar üzərində tam nəzarəti saxlayırdı və s. bu kimi amillərin qaşısını almaq və inhisarları birləşdirmək üçün bu akt qəbul edildi.ABŞ xaricində bu akt "rəqabət aktı" kimi olaraq bilinir. Aktlar,ticarətin və ya məhsulun qiymətinin süni şəkildə artmasını önləməyə çalışır."Dürüst inhisar" və ya sadəcə ləyaqətinə görə aparılan inhisar tamamilə qanunidir,ancaq,inhisarçı tərəfindən süni olaraq bu statusu qorumaq üzrə edilən inhisar isə dürüst inhisar deyildir. Şerman Antitrest Qanununun məqsədi,rəqiblərini qanuni olaraq uğurlu olan müəssisələrdə zərərə uğratmaqdan və əməliyyatlarda istehlakçıların dürüst qazanc əldə etməsinə mane olmaqdan ,eyni zamanda istehlakçıları istismarlardan qorumaq üçün mövcud bazarı qorumaq idi.

Original mətni

[redaktə | mənbəni redaktə et]

Şerman qanunu üç bölmədən ibarətdir. Birinci bölmə,müəyyənləşmiş rəqabətə zidd davranış yollarını təsvir və qadağan edir; İkinci bölmə mühitdə rəqabət əleyhdarı olan nəticələri əks etdirir.Beləliklə,bu bölmələr texniki olaraq,qanunlardan kənarda qalarkən,müəssisələrin qanunun maddələrində pozuntu etməsini önləmək üçün bir-birlərini tamamlayır. Üçüncü bölmə isə yalnız birinci bölmədəki maddələri ABŞ-nin torpaqlarında və Kolumbiya federal mahalında genişləndirir. Bölmə 1:"Hər bir saziş,müxtəlif ştatlar və ya xarici ölkələr arasındakı ticarət və ya ticarəti axsadan hər hansı bir müqavilə,inam və ya başqa ölçüdə qəsd və ya sui-istifadə halları qeyri-qanuni elan edilir". Bölmə 2:"Müxtəlif ştatlar və ya xarici ölkələr arasındakı ticarət və ya ticarətin hər hansı bir növünü inhisarlaşdırmaq üçün hər hansı bir şəxsi və ya müəssisəni inhisarlaşdırararaq qəsd qurmaya çalışan hər kəs cinayətkar elan olunacaqdır.

Əhatə dairəsini genişləndirən daha sonrakı qanunvericilik

[redaktə | mənbəni redaktə et]

1914-cü ildə qəbul edilən Kleyton Antitrest Aktı,Şerman Antitrest Aktının əhatə dairəsi xaricində qalmış bəzi əlavə fəaliyyətlər təklif etməkdə idi.Məsələn,Kleyton aktı icazə verilməyən fəaliyyətlər siyahısına bəzi proqramlar(məsələlər) əlavə etdi:

  • fərqli alıcılar arasında qiymət ayrı-seçkiliyi;
  • özəl razılıq müqavilələri;
  • bu müqavilələrin imzalanmasında tənzimlənmələr;
  • birləşdirmə və ya dövralma əməliyyatlarında önəmli bir paya sahib olma.

1936-cı ildə qəbul edilən Robinson-Patman Aktı,Kleyton aktını dəyişdirdi.Dəyişiklik,istehlakçıların bərabər olaraq yerləşdirilmiş distribyutora qarşı qiymət ayrı-seçkiliyinə girdiyi bəzi rəqabətə qarşılıq proqramları qadağan etmişdi. Qanunvericiliyin Konstitusion dayağı ABŞ konqresi Şerman aktını əyalətlər arası ticarəti nizamlamaq üçün konstitusion səlahiyyətlə keçməsini tələb etdi.Bu səbəblə,federal məhkəmələr sadəcə Kolumbiya əyalətindəki ticarət və ticarəti məhdudlaşdıran və ya böyük ölçüdə təsirləyən aktı yerinə yetirmək səlahiyyətinə sahibdir. Elementlər: Birinci bölmə pozuntusunda 3 ünsür görülməkdədir: (1) müqavilə; (2)məqbul olmayan bir şəkildə rəqabəti məhdudlaşdıran; və (3) ştatlararası ticarəti təsirləmək İkinci bölmədə inhisarlaşma pozuntusunda iki ünsür vardır: (1)əlaqəli bazarda inhisar gücünə sahib olmaq; (2)yaxşı bir məhsulun iş görmə qüsurunun və ya tarixin nəticəsi olaraq böyümə və ya inkişafdan ayrıca olaraq qəsdən əldə edilməsi və ya qorunması. İkinci bölmədəki qadağalar,aşağıdakı ünsürlərə sahib olan inhisarlaşma cəhdində görüldü: (1)İnhisar yaratmaq üzrə hazırlanan xarici rəqabətə zidd hərəkətlər; (2)inhisar məqsədli müəyyən niyyət;və uğurun təhlükəli ehtimalı(əsl inhisarlaşma)

Qanunvericilik məqsədli

[redaktə | mənbəni redaktə et]

Şerman aktının qanuni tarixi və məhkəmənin bunu izah edən qərarları,ştatlararası nəqliyyat və ya malların və mülklərin daşınmasının polislənməsini(nəzarətini) məqsəd qoyduğunu göstərməkdədir.Qanunvericilik tarixi və qanunlaşdırma müddətində Şerman aktının əlli ildən çox davam edən dava müddəti boyu istehsal olunan iri həcmli məhsulun belə bir məqsədi olmadığını eyham edir. Genişlənən bir ticarətlə yanaşı,digərləri, qəsdlərin müdaxilə ediləcəyini bildirən nizamnamə və ya ştatlar arası ticarətə məcburi yolla əsl müdaxilə və ya şiddət təhdidi cinayətləri də daxil,ehtiyac olduğunda əyalətlər arasında ticarətdə nəqliyyə güvənliyini təmin etməklə məsuliyyətləndirildi. Məqsəd isə,istehsalı məhdudlaşdırmaya və ya qiymətləri yüksəltməyə və ya malları və xidmətləri satın alan şəxslərin və ya istehlakçıların zərərinə məruz qalacaq şəkildə nəzarət altına alınmağı məqsəd qoyan ticarət və ticarət əməliyyatlarında sərbəst rəqabəti məhdudlaşdırmanı önləmək idi.Bu səbəblə,hal-hazırkı ortaq hüquqda yaxşı anlaşılmış bir mənaya sahib olan "ticarətin məhdudlaşdırılması" ifadəsi qadağan edilmiş fəaliyyətlərin təsviri üçün vasitələr halına gəldi.