Şeytan qalası

Şeytan qalası (gürcücə:ქაჯისციხე) — Ərdahan ilinə bağlı Çildır ilçəsinin İldırımtəpə kəndində yerləşən qədim qaladır. Tarixi Eruşeti bölgəsindəki bu qala gürcücə qaynaqlarda “Kacistsihe” olaraq keçir və Osmanlı dövlətinin bölgəni ələ keçirməsindən sonra qalanın adının gürcücədən tərcümə edidliyi düşünülür.[1]

Şeytan qalası
ქაჯთაციხე, ქაჯისციხე
Şeytan Kalesi
41°08′57″ şm. e. 43°07′47″ ş. u.
Ölkə
Yerləşir Çıldır
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşhur gürcü şairi Şota Rustavelinin XII əsrdə qələmə aldığı Pələng dərisi geymiş pəhləvan əsərində sözügedən “Kacta Tsihe”nin Əlamut qalası deyil, Şeytan qalası olduğuna dair fikirlər vardır.

Mövqeyi[redaktə | mənbəni redaktə et]

Şeytan qalası əvvəlki adı Rabat olan İldırımtəpə kəndinin mərkəzinin 1.3 km şimalında, bir dərənin sağ sahilində qayalıq təpədə yerləşir. Üç tərəfi uçurum olan bu təpəyə sadəcə bir tərəfdən çatmaq mümkündür. Qalaya bu mövqeyinə görə çatmanın və ələ keçirilməsinin çətin olmasına görə Şeytan qalası deyildiyi düşünülür. Ancaq qalanın ələ keçirilməsinin çətin olmasına görə qaladakıların məğlubedilməzliyinin pis ruhlarla, şeytanla bağlı olduğu kimi xalq arasında əfsanə də mövcuddur.[2]

Dəniz səviyyəsindən 1910 metrə yüksəklikdəki qala hal-hazırda sağlam vəziyyətdədir. Simmetrik olmayan plana sahib olan qalanın ebatları 161 × 93 metrdir və qalanın üç bürcü vardır. Bunlardan biri hal-hazırda sağlam qalmışdır.

Hal-hazırda gecə işıqlandırılan Şeytan qalasına yaxın olan seyir təpəsinə qədər asfalt yolla, bu nöqtədən sonra da torpaq yolla getmək mümkündür.

Tarixi[redaktə | mənbəni redaktə et]

Şeytan qalasının Urartu zamannıda inşa edildiyinə dair irəli sürülən fikirlər vardır. Ancaq bu fikirlər hər hansısa tarixi qaynağa dayanmamaqdadır. Daha gec tarixli qaynaqların verdiyi bilgiyə görə qalanın erkən orta əsrlər qalası olması gərəkdiyi anlaşılmaqdadır. Bununla birlikdə mövqeyi etibarı ilə belə bir yerin qədim tarixdə qala olması ehtimalı çox yüksəkdir. Lakin bunu sübut edəcək qaynaqlar mövcud deyildir.[3]

1064-cü ildə Alp Arslanın xronologiyasında adı çəkilir.[4]

Gürcü çarlığı Samtshe-Saatabaqo ilə qonşu dövlətlərin 1561-1587-ci illər arasındakı tarixini izah edən Meshuri Matiane adlı əsərə görə Şeytan qalası Samtshe-Saatabaqo hökmdarı II Manuçarın hakimiyyətindəykən Munar Lala Mustafa Paşa ilə razılaşmış və içində Şeytan qalasının da yer aldığı altı qalanı osmanlılara vermişdir. Şeytan qalası Gürcüstan çarlığı və Samtshe-Saatabaqo dövrlərində olduğu kimi XVI əsrdən etibarən Osmanlı dövründə də istifadə edilmişdir. Qalannı yaxınlığında ticarət sahəsi olduğu bilinməkdədir. Rabat olaraq bilinən bu yer daha sonra adi məntəqəyə çevrilmişdir.[5]

Qaladakı strukturlar[redaktə | mənbəni redaktə et]

Şeytan qalasında XIV əsrdə inşa edilmiş tək nəfli kilsə vardır. Qalanın alt qismində qalan və Müqəddəs Stefana həsr edilmiş olan bu kilsədən geriyə sadəcə dörd divar qalmışdır. Qalada ayrıca dərəyə enən nərdivan qalıqları da günümüzə çatmışdır.

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ardahan Kaleleri". canardahan.tr.gg. 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
  2. Şeytan Kalesi define avcılarının istilasında Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (Zaman)
  3. IV. Milletlerarası Türk Halk Kültürü Kongresi bildirileri, Volume 4, Turkish Ministry of Culture, 1992, p. 150
  4. Solmaz, Gürsoy. Ortaçağ'da Erzurum-Kars kaleleri, 2000, Atatürk University, p. 34
  5. Nestan Bagauri, Zurab Batiaşvili, İrma Beridze, Buba Kudava, Nikoloz Jğenti, Goça Saitidze, Natia Hizanişvili. Tao-Klarceti - Tarihsel ve Kültürel Anıtlar Kataloğu. Tiflis. 2018. səh. 395. ISBN 9789941478178.