Şeyx Xacə Əlaəddin Əli

Şeyx Xacə Əlaəddin ƏliŞeyx Sədrəddin Ərdəbilinin oğlu.

Şeyx Əli
Şeyx Əlaəddin Əli Səfəvi
Əmir Teymurun Ərdəbildə Xoca Əli Səfəvini ziyarət etməsi
Əmir Teymurun Ərdəbildə Xoca Əli Səfəvini ziyarət etməsi
Səfəvi hakimliyinin III şeyxi
1391 – 1424
ƏvvəlkiŞeyx Sədrəddin Ərdəbili
SonrakıŞeyx İbrahim
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ərdəbil
Vəfat tarixi
Vəfat yeri Qüds
Dəfn yeri Təbriz
Atası Şeyx Sədrəddin Ərdəbili
Həyat yoldaşları Sultan Cəlaləddin Hüseynin nəvəsi.
Uşaqları Şeyx İbrahim
Şeyx Cəfər

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1391-ci ildə Səfəvi (Ərdəbil) hakimliyinin başçısı olmuş, şafii məzhəbindən şiəliyə keçmişdir. Şeyxin dövrü mürəkkəb siyasi dövrə təsadüf edirdi. Ankara savaşından sonra (1402) Əmir Teymur xeyli türk generalı və əsgəri əsir etmişdi. Onları qul kimi Səmərqəndə göndərmək istəyirdi. Əmir Teymur ilə Şeyxin yaxşı əlaqələri mövcud idi.[1] . Odur ki, Şeyx buna izin vermədi və ondan əsirləri azad etməsini istədi. Əmir Teymur onun istəyini qəbul etdi və türkləri azadlığa buraxdı. Türklər Şeyxin sayəsində Ərdəbildə qaldı. Əmir Teymurun ölümündən sonra (1405) Şeyx Teymurilərə qarşı mövqeyini dəyişdi və müttəfiqləri ilə Əmir Teymurun böyük nəvəsinə - Mirzə Ömərə qarşı mübarizəyə başladı. Müttəfiqlər onu 1405-ci ildə Kür savaşında məğlub etdilər. Əsas Teymuri qoşunları Azərbaycandan qovuldu.[2] Şeyx 1429-cu ildə, həccdən qayıdarkən Qüdsdə vəfat etmiş, Təbrizdə basdırılmışdır.

Sultan Cəlaləddin Hüseynin nəvəsi ilə evlənmiş, iki oğlu olmuşdu:

  1. H. Horst, Tīmūr und Ḫōğa ʿAlī. Ein Beitrag zur Geschichte der Ṣafawiden (Akad. der Wiss. und der Lit., Abh. der Geistes- und Sozialwiss. Kl., 1958, 2), Wiesbaden, 1958; cf. the comments by V. Minorsky in OLZ 58, 1963, 590-92.
  2. S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007