Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şi Hu Hu Çaonun üçüncü imperatorudur. Hunların Ci qəbiləsindəndir.
Şi Hu Cilonq Vu Tayzu | |
---|---|
石虎 季龍 太祖 | |
Əvvəlki | Şi Honq |
Sonrakı | Şi Şi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Koumi |
Anası | ? |
Həyat yoldaşları | Liu Minq, Du Çu, Çenq Yinqtao |
Uşağı | Aşağıda |
Dini | Buddizm |
295-ci ildə anadan olmuşdu. Şi Le ilə bir böyümüş və onun ordusunda generallıq etmişdi. Ordusu ilə çox sərt yöntəmlərdən istifadə edən Şi Hu ələ keçirdiyi hər yerdə qətliamlar törədirdi. Çonqşan knyazı elan olunmuşdu. Şi Hu şanyü olmaq istəsə də bu titul ona verilmədi. Ona görə 334-cü ildə taxtı ələ keçirdi.
335-ci ildə paytaxtı Yeçenqə köçürdü. Bir çox saraylar tikdirdi. O çox qəddar bir hökmdar olaraq yadda qalmışdı. 337-ci ildə vəliəhd oğlu Şi Suini öldürdü və onunla birlikdə 26 övladını öldürərək bir qəbirdə basdırtdırdı. Kian Yan kralı ilə birləşib Duanlara hücum edən Şi daha sonra kralın qaçmasına görə əsəbləşib onun üzərinə hücum etdi. 348-ci ildə oğlu Şi Hsüan qardaşı Şi Taonu öldürtdürdü. Şi Hu buna görə əsəbləşib Hsüanı edam etdi. Hsüanın bütün nəvələri öldürüldü və onların içində Hunun sevdiyi ən gənc şahzadənin də öldürülməsindən təsirlənən Hu xəstələndi. Şi Hu yeni vəliəhd olaraq Luanti sülaləsindən olan qadından doğulmuş Şi Şini seçdi. Sonrakı illərdə oğlu Şi Bin 349-cu ildə öldürüldü. Şi Hunun ölümündən sonra taxta Şi Şi keçdi.
Oğulları: