Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi.
Şikar Bədəlov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Şikar Maqsud oğlu Bədəlov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan SSR, SSRİ |
Boyu | 170 m |
Çəkisi | 75 kq |
İdman növü | Kikboksinq |
Karyera illəri | 2015—h.h |
Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb.
2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib[1]. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub[2].
2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır[3]. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb[4].
2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb. Döyüşün birinci raundunda iranlı İbrahim Xezaini ilk dəqiqəsində nokautla məğlub edərək Dünya kəmərini qazanıb[5][6].
2023-cü il fevralın 5-də "Kings of Kings"[ing.] dünya kuboku çərçivəsində Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Noordin El Benmofu[7] I raundun 1-ci dəqiqəsində nokautla məğlub edərək dünya kubokunu qazanıb[8].