Şilə mayakı (türk. Şile Feneri) — İstanbulun Şilə ilçəsində Bosfor və Qara dənizə xidmət edən bir mayak.
Şilə mayakı | |
---|---|
Ölkə | |
Su hövzəsi | Qara dəniz |
Yerləşir | Şilə, İstanbul |
Koordinatlar | 41°10′40″ şm. e. 29°36′59″ ş. u.HGYO |
Yandırılma ili | 1860 |
Tikilmə tarixi | 1859 |
Tikinti materialı | Daş |
Forması | 1 mərtəbəli səkkizguşəli tikili |
Hündürlüyü | 19 m |
Diapazon | 37 km |
İşıq xarakteristikası | LFl W 15s |
Admirallıq nömrəsi | E5832 |
Türkiyə nömrəsi | TUR-046 |
İntensivliyi | 1 000 V |
Vikianbarda əlaqəli mediafayllar |
Qara dənizdə sahil təhlükəsizliyini təmin edən iki mayakdan biri olan Şilə mayakı, digər mayak evləri kimi 1859-cu ildə Osmanlı İmperiyası dövründə inşa edilmişdir. Mayak dəniz səviyyəsindən 60 metr yüksəklikdəki qayalarda 110 sm yüksəklikdədir. Səkkizguşəli qüllə şəklində inşa edilmişdir. Görüş məsafəsi 20 dəniz milini təşkil edən sarım sistemi olan fənər ilk dövrlərdə 3 qaz lampası ilə işləyərkən 1968-ci ildə elektriklə işləməyə başladı.
Bu gün muzeyə çevrilən Şilə mayakı, 150 illik bir tarixə sahibdir.[1]
Şilə mayakı, Krım müharibəsində gəmilərin Qara dənizdən Bosfora girməsini təmin etmək üçün qurulan mayaklardan biridir. Bu məqsədlə, 1856-1859-cu illərdə Bosfor ətrafında qurulan Anadolu mayakından sonra Sultan Əbdüləziz tərəfindən inşa edilmişdir. Türk memarları daş hissəsini dizayn edərkən, metal hissələri və linza büllur sistemi Parisdəki bir fabrikdən idxal edilmişdir.[2]
Mayak bu gün orijinal formasını saxlaya bilmişdir. Səkkizbucaqlı və 110 sm qalınlığında olan daşdan hazırlanan qüllə, gün ərzində yaxşı görünmə üçün qara və ağ eninə lentlər çəkərək rənglənmişdir. Çiçəklərlə bəzədilmiş mayaka 72 pillə ilə ən hündür nöqtəsinə çıxmaq mümkündür.[3]
Tikinti tarixində işıq mənbəyi olaraq 3 qaz lampasından istifadə edən fənər 1968-ci ildə tam olaraq elektrikləşdirildi. Bir növbəni 120 saniyədə tamamlayan fənərin işığı səkkiz guşəli linzadan yayılır, fənərin işlənməsi divar saatlarında istifadə olunan sarqaç sistemi ilə baş verir və hər iki saatda dişli qurğu qoruyucusu tərəfindən qurulur. Vaxtında istifadə olunan və indi antikalara və qaz lampalarına çevrilən əşyalar qülləni daha da maraqlı edir.[4]
Şimşəkli mayaklar qrupuna daxil olan Şilə mayakı, dəqiqədə 4 dəfə yanır və 1000 şamdan ibarət elektrik lampası ilə işıqlandırılır. Beynəlxalq standartlara cavab verən birinci dərəcəli mayak olan Şilə mayakı, açıq gecələrdə işığını təqribən 35 mil məsafədə yayır və Bosforda açıq havada rahatlıqla görünə bilər.[5]
Nəqliyyat Nazirliyi, mayakları muzey olaraq qiymətləndirərək, buranı turizm məkanlarından birinə çevirmək qərarı almışdır. Pilot mayak kimi seçilən Şilə mayakı, nəqliyyat naziri Binəli Yıldırımın iştirakı ilə təşkil edilən mərasimlə bir muzey olaraq turizm sektoruna gətirilmişdir. Mayakın köhnə hissələri, köhnə sistemlərə aid lampalar, qaz lampaları, texniki qurğular muzeydə yerləşir.[6]
2010-cu ildə bələdiyyə, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, PTT Baş İdarəsi, Haliç Universiteti, Memar Sinan Universiteti və Şilə sakinləri ilə birlikdə xüsusi bir araşdırma və şənlik təşkil edilmiş və mayakın 150 illik yubileyi qeyd edilmişdir.[7][8]