Şimal sərhədinin müdafiə sistemi — şimal sərhədi boyunca Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı həyata keçirilmiş hərbi tədbirlər sistemi.
Bu istiqamətdə əsas işlər 1919-cu ilin ikinci yarısında görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədinin möhkəmləndirilməsi sahəsində praktik işlər iki istiqamətdə aparılırdı. Bir tərəfdən, sərhəd boyunca müdafiə istehkam sistemi qurulur, digər tərəfdən də, Denikin qoşunlarının Azərbaycan sərhədini keçəcəyi təqdirdə onlara müqavimət göstərmək üçün xüsusi taktiki qrup yaradılırdı.
Azərbaycanın şimal sərhədlərinin müdafiə istehkam sistemi üç xətt boyunca qurulmuşdu: 1) Xəzri mövqeləri (ön xətt), 2) Sarvan xətti (aralıq xətt), 3) Hilhil xətti (arxa xətt). Bunlardan başqa, Samur körpüsü ətrafında və Mixaylovsk limanmda istehkam işlərinin aparılması nəzərdə tutulurdu.
Şimal sərhədinin qorunması ilk vaxtlar general İbrahim ağa Usubovun komandir olduğu 2-ci piyada diviziyasına həvalə edilmişdi. 1919-cu ilin yayında bu diviziyanm sərəncamında 4-cü Quba piyada alayı, 5-ci Bakı piyada alayı, Gəncə piyada alaymın yığma taboru, zirehli qatar, 2 top batareyası var idi. 5–6 min nəfərlik partizan dəstəsinin də şimal sərhədinin müdafiəsinə cəlb ediləcəyi planlaşdırılmışdı. Azərbaycan ərazisi üçün təhlükənin reallaşacağı təqdirdə qüvvələr aşağıdakı kimi bölüşdürülməli idi: 1) Zaqatala dairəsinin partizanlan Dağıstan ərazisinə yeriyərək, Axtı məntəqəsini və Samur çayı hövzəsini tutmalı və Könüllü ordunun arxasmda ona qarşı təhlükə yaratmalı idi; 2) Nuxa (Şəki) qəzasının partizanları da Dağıstan ərazisinə keçməli, düşmənə arxadan zərbə vurmaqla bərabər, onun hərəkəti istiqamətində maneçiliklər yaratmaq idi; 3) Quba partizanlarından isə, əraziləri yaxşı tanıdıqlan üçün, həm nizami süvari bölmələr yetişənə qədər kəşfiyyatın apanlmasında, cinahların qorunmasında, Ferqat kəndindən Giləziyə kimi olan ərazidən dənizin müşahidə altın saxlanılmasında, həm də Qızılburun limanın tutulmasında istifadə edilməsi nəzərdə tutulurdu.
Diviziyanın nizami hissələri aşağıdakı mövqeləri tutmalı idilər:
1919-cu ilin yayında Azərbaycanın şimal sərhədinin müdafiəsini öz üzərinə götürməli olan xüsusi taktiki Xaçmaz dəstəsi yaradıldı. 1919-cu ilin noyabrında Xaçmaz dəstəsinin bazasında Quba dəstəsi təşkil olundu. Lakin Denikin təcavüzü ehtimalının aradan qalxması ilə əlaqədar 1919-cu ilin sonunda Quba dəstəsi ləğv edildi.
1920-ci ilin martında Qarabağda Azərbaycan Xalq Cümhuriyyətinə qarşı erməni qiyam qaldırılması ilə əlaqədar olaraq. Şimal sərhədinin möhkəmləndirilməsi üçün yerləşdirilmiş hissə və bölmələr oradan geri çağırıldılar. Bu da Aprel isğalı (1920) ərəfəsində erməni xəyanəti nəticədə Şimal müdafiə sisteminin fəaliyyət göstərə bilməməsinə səbəb oldu.[1]