Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası

Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Teatralnaya meydanı ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].

Şimali-Qafqaz Dəmiryolu İdarəsinin binası
rus. Здание Управления Северо-Кавказской железной дороги
Xəritə
47°13′36″ şm. e. 39°44′48″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1913
Memar А. P. Butkov, N. Valter
Memarlıq quruluşu Modern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rostov-na-Donu şəhərində yerləşən Vladiqafqaz (hazırda Şimali-Qafqaz) dəmir yolları idarəsinin uzun zaman öz binası olmamışdır. Onlar əsasən digər icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdilər[2]. XX əsrin əvvələrində idarə üçün yeni binanın tikintisi planlaşdırılmışdır. 1910-cu ildə müsabiqədə N. Valterin layihəsi qalib gəlmişdir. Sxemlərin hazırlanması və işlərin aparılması mülki mühəndis A. P. Butkov məşğul olmuşdur[3]. Binanın tikintisi məqsədi ilə Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərləri arasında ərazi götürülür (hazır ki Proletar rayonu). Binanın tikintisinə 1911-ci ilin yayında başlanmışdır. Tikinti işləri 1913-cü ilin payızında yekunlaşmışdır. 27 oktyabr 1913-cü ildə binanın təntənəli açılış mərasimi keçirilmişdir[4].

Tikinti bitdikdən sonra bir dıra problemlər ortaya çıxmışdır. 1913-cü ilin payızında «Utro Yuqa» qəzeti payız nəşrlərinin birində burada olan nəmlik səbəbindən «Telefon xətlərinin işləməməsi» baradə məlumat vermişdir. Binada işləyənlər həmdə pis havalandırma ilə əlaqədar problemlər yaşandığını bildirirdilər. 1920-ci illərdə burada Şimali Qafqaz dəmir yollarının əlaqələndirmə dairəsi yerləşirdi. 1930-cu ilon ortaıarənda isə Voroşilov dəmir yolları, sonrakı illərdə isə Şimali-Qafqaz Dəmiryolu idarəsi yerləşidi. İkinci dünya müharibəsi zamanı binanın damı, pəncərələri və qapıları böyük zərər görmüşdür. 1948—1949 illərdə binada təmir işləri aparılmışdır. 2000-ci illərdə isə binanın fasadı restavrasiya edilmişdir.

Teatralnaya meydanında inşa edilən ilk bina olmuşdur. Dörd mərtəbədən ibarət olan bina modern stilində inşa edilmişdir. Eklektika stilinə aid elementlər belə mövcuddur. O ina edildiyi dövrdə yerləşdiyi ərazidə kiçik binalar arasında nəhəngi xatırladırdı.

  1. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  2. Виталий Трифонович Сидоренко. "Ровесник железной дороги". Донской временник. 2013-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-22.
  3. Вера Волошинова. "100 мест: Железнодорожный модерн". werawolw.ru. 2013-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-22.
  4. Александр Харченко. "Рождение здания управления железной дорог". 2013-11-14. 2013-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-22.