Şimali İrlandiya konflikti — XX əsrin 60-cı illərinin sonunda Şimali İrlandiyada baş verən konfliktə verilən ad. İrlandiyaya müstəqillik verildikdən sonra altı qraflıqdan ibarət və əhalisinin çox hissəsi protestant ingilislərdən ibarət olan Şimali İrlandiya Böyük Britaniyanın tərkibində qaldı. Şimali İrlandiyadakı katolik azlıq 1968-ci ildə İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Kütləvi iğtişaşlar başlandı. Bir il sonra hökumət Olster şəhərinə qoşun yeritdi. Buna cavab olaraq katoliklər adından çıxış edən İrlandiya Respublika ordusu yerli protestantlara və ingilis siyasi xadimlərinə qarşı partizan müharibəsinə başladı. Qarşılıqlı zorakılıq dinc əhalinin çoxlu qurbanlar verməsinə səbəb oldu. Zorakılıq Olsterdən kənara çıxdı. Londonda və başqa şəhərlərdə partlayışlar törədildi. Ölkədə fövqəladə vəziyyət elan olundu. Britaniya hökuməti Şimali İrlandiya muxtar idarə orqanlarının fəaliyyətini dayandırdı. Londondan birbaşa idarə üsulu tətbiq edildi. 1998-ci ilin mayında Olsterdə qarşıdurmanın dayandırılmasına və seçkili özünüidarə orqanlarının yaradılmasına dair saziş bağlandı. Lakin problem bu gün də həll edilməmiş olaraq qalmaqdadır.