İslam Misirdə qanunvericiliyin əsasını təşkil edir və ölkə konstitusiyası islam üzərində qurulub. əhalinin təxminən 90%-indən çoxu müsəlmandir (sünni). Az hissəsi şiələrdir. 6%-I isə xristianlığa etiqad edən koptlardır. Konstitusiyada koptların hüquqlarının qorunması qeyd olunsa da siyasi həyatda onların rolu çox zəifdir.
Islam dini Mərakeşdə konstitusiya ilə müəyyən olunan dövlət dinidir. əksəriyyət burada müsəlmandır. Konstitusiyanın 6-cı maddəsinə əsasən islam rəsmi dövlət dinidir. Dövlət dini islam olduğuna görə prezidentin də müsəlman olması vacibdir.
Burada Ikinci geniş yayılan din isə xristianlıqdir, islam bu torpağa gəlməmişdən əvvəl artıq Mərakeşdə xristianlar yaşayırdılar. Yəhudilərin sayı çox azdır. Onların əksəriyyəti İsrailə köçüblər. mərakeş konstitusiyası bu 3 dinə etiqad azadlığı verib amma islama münasibətdə digər 2 dinə qarşı diskriminasiya mövcuddur. Yəni öz dinlərini təbliğ etməklərinə izin verilmir.
Sünni məzhəbi burada geniş yayılıb. Xüsusilə də maliki qolu. Son zamanlarda sünni və şiə məzhəbi arasında münasibətlər gərginləşib. Bunun əsas səbəbi şiələrin hizbullah qrupuna yardım etməsilə bağlıdır.
Tunisdə dövlət dini islamdır. əhalinin 90%-dən çoxu müsəlmandır. Sünni məzhəbinin maliki qolu geniş yayılıb. Islamın ibadi qoluna inananların sayı azdır, əsasən bərbər tayfası bu qola etiqad edir. Tunisdə kiçik yerli sufi müsəlman icması mövcuddur, lakin onların sayı haqqında dəqiq məlumat yoxdur. Sufi icması kiçik olmasına baxmayaraq, onun bir çox elementləri islam dininə qarışıb. Hər il Ramazan bayramında sufilər dini rəqslərini ictimai şəkildə nümayiş etdirirlər.
Dövlət məscidlərə nəzarət edir və onları maliyyələşdirir. Dini rəhbərlərin əmək haqlarının ödənilməsini dövlət yerinə yetirir. Ölkənin dini rəhbərini-müftisini president təyin edir. 1988-ci ildə qəbul olunan məscidlərlə bağlı qanunda məsciddə ayinləri həyata keçirən şəxsin yalnız president tərəfindən təyin oluna biləcəyi bildirilir. Məscidlər yaxınlığında polis bölmələri yerləşir. Yeni məscidlər əsasən şəhər planlama qaydalarına uyğun olaraq tikilir. Məscidlərin hamısı dövlətin mülkiyyəti hesab olunur.
Bundan başqa hökumət yəhudi icmasınıda maliyyələşdirir.
Əlcəzairin dövlət dini islam dinidir. əhalinin əksəriyyəti sünni müsəlmanlardır. Mədəni, sosial, siyasi həyatına islam təsir göstərir. Müsəlmanların sayı çox olsa da az sayda xristian, yəhudi, ateist və digər dini sektalar mövcuddur. Konstitusiyaya əsasn dini tolerantlıq mövcuddur. Digər dinlərə etiqad edənlərə öz ibadətlərini həyata keçirməyə icazə verilir və onlara hörmətlə yanaşılır. Dini ayinləri yerinə yetirmək üçün müsəlmanlar məscidlərdə toplaşırlar. Nikah və dəfn mərasimlərinə məscid imamı rəhbərlik edir. Ölkədə islam elmini daha yaxşı başa düşmək və cəmiyyətdə islamın rolunu anlamaq üçün Ali İslam Şurası təsis edilmişdir.
Əlcəzairin Siyasi həyatında islam vacib rol oynayır.
Istənilən müsəlman ölkəsinə səfər edərkən yerli əhalini təhqir etməmək üçün bəzi dini qaydaları bilmək lazımdır.