Şimali Daşkəsən kobalt yatağı

Şimali Daşkəsən kobalt yatağı — yataq Daşkəsən dəmir filizi yatağından şimalda, Daşkəsən intruzivinin posmaqmatik prosesləri ilə əlaqədar olub, şimal istiqamətli qırılma strukturlarında intişar tapmışdır.[1]

Yataq 1884-cü ildə "Siemens" firması tərəfindən aşkar olunmuş və həmin firma tərəfindən yataqdan 12 ton kobalt çıxarılaraq Almaniyaya aparılmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, Şimali Daşkəsən kobalt yatağında yenidən kəşfiyyat işlərinə başlanmışdır. Yataq bir neçə horizontda yeraltı dağ qazmaları ilə dəqiq öyrənilmiş və Dövlət Ehtiyatlar Komissiyasında təsdiq olunmuşdur. Yataq bir zamanlar SSRİ-nin kobalta olan təlabatının 60%-ə qədərini ödəmişdir. Kobalt filizini saflaşdırmaq üçün yatağın yanında filizsaflaşdırma kombinatı tikilmişdir. Saflaşdırılmış kobalt filizi Rusiyaya aparılırdı. Yatağın əsas ehtiyatları demək olar ki, tamamilə çıxarılıb aparılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elnur İbiş oğlu Səfərov. Kiçik Qafqazın faydalı-qazınti yataqları. Bakı: 2012.