2016-cı ilin fevralında şimali Hələbdə döyüşlər — Suriya Ərəb Ordusu və müttəfiqləri tərəfindən 2016-cı ilin fevral ayının əvvəlində Hələbin şimal-qərbində başlayan hərbi əməliyyat. Hücum Nübl və Əl-Zəhranın üç illik mühasirəsini uğurla qıraraq Suriya üsyançılarının Türkiyədən əsas tədarük yolunu kəsmişdir.[1]
2016-cı il yanvarın ikinci yarısında yeni hücuma hazırlıq üçün Dəməşqdən Hələbə Suriya hökumətinin əhəmiyyətli əlavə qüvvələrinin göndərilməsi barədə xəbərlər yayılmağa başlamışdır. Əraziyə təxminən 3,000 əlavə əsgər göndərilmişdir.[2]
İranın İnqilab Keşikçiləri Korpusu ilə bağlı "Fars Xəbər Agentliyi" xəbər vermişdir ki, kürdlərin rəhbərlik etdiyi Xalq Müdafiə Birlikləri (YPG) Suriya Ordusuna kömək edir, çünki SDQ-nin Əfrin birlikləri Şirava məntəqəsinin Ziyarə və Xarebə kəndlərini ələ keçirmişdi."Fars Xəbər Agentliyi" yaralı Suriya hökumət qüvvələrinin kürd bölgəsinə göndərildiyini iddia etmişdir.[3]