Şimali Kvarken boğazı

Şimali Kvarken (isv. Kvarken, fin Merenkurkku) — Len-Kesterbotten adasını (İsveç) və Poxyanmaa adası (Finlandiya) arasında yerləşir. Botnik dənizini Botnik körfəzi (Şimali və Cənubi Botnik körfəzini) ilə birləşdirir. Eni 75 kilometr təşkil edir. Əraxidə Xolmaarna adaları vardır ki, olarən ən iriləri Xolmen və Enqrsendir. Bu adalar boğazı iki yerə bölür: Şərqi və Qərbi Kvarken boğazları (Estra-Kvatken və Vestra-Kvarken). Şərqində dərinlik 6–7 m, qərbdə isə 29 m təşkil edir. Qış ayları boğaz donur. Hətta bu buz bərzəğindən 1809-cu ildə Rus-İsveç müharibəsi zamanı rus qoşunları düşmən ərazilərinə hüçum etmişlər. Ərazi yer səthinin qalxma sürətinə görə dünyada birincidir (İldə 1 sm). Bu səbəbdən boğaz 2006-cı ildən UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Şimali Kvarken
isv. Kvarken, fin Merenkurkku
Ümumi məlumatlar
Eni minimum 75 km
Ən böyük dərinliyi 29 m
Yerləşməsi
63°30′00″ şm. e. 21°00′00″ ş. u.
Ölkələr
Akvatoriyası
Ayırır Skandinaviya yarımadasını Finlandiya sahillərindən
Şimali Kvarken xəritədə
Şimali Kvarken
Şimali Kvarken
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi