Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Şimali Qafqaz gümüşçəsi (lat. Alburnus charusini charusini) — gümüşçə cinsinin nümayəndəsi.
Şimali Qafqaz gümüşcəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Abşeron yarımadasından şimaldakı çaylarda — Ata, Vəlvələ, Qusar, Xuray, Nügədi, Tel, Samur çaylarında rast gəlinir. Azərbaycandan kənarda Qamış-Samar göllərində, Uralın deltasında, Kuma, Terek, Sulak və Rubas çayları hövzələrində yaşayır.
Bel üzgəcində 7-8,anal üzgəcində 14-17 şüa var. Yan xətt pulcuqlarının sayı 42-46-dır. Bədəni azacıq hündürdür, yanlardan basıqdır. Pulcuqları nisbətən iridir, tez töküləndir. Başı kiçik, gözləri iridir. Ağzı başın ucundadır, yuxarıya açılır. Uzunluğu 11,5 sm-ə çatır, 2 ilə qədər yaşayır. Yan xəttində bir sıra nöqtələr vardır. Qəlsəmə dişçiklərinin sayı çoxdur.
Şirinsu balığıdır. İti axan çaylarda yaşayır.
Biologiyası öyrənilməmişdir.
Təsərrüfat əhəmiyyəti yoxdur.