Şinqu[1] (port. Xingú) — Cənubi Amerika ərazisindən axan, Amazon çayının sağ qolunu təşkil edən çay. Çayın uzunluğu 1980 km, hövzəsinin sahəsi 513 min. km² təşkil edir. Çay bütünlüklə Braziliya ərazisindən axır. Çay Kulueni adı ilə Matu-Qrasu dağlıq ərazilərindən götürərək, Amazon düzənliyinə keçir. Çayın əsas qolu İriri çayıdır. Sonradan çay Altamira şəhəri ərazisindən axır. Çay Portu-di-Mos şəhəri ərazisində Amazona tökükür. Burada o uzunluğu 160 km, eni isə 8–12 km olan estuari yaradır. Çayın orta su sərfiyyatı 16 min. m³/s-dir.
Şinqu çayı | |
---|---|
port. Rio Xingu | |
Ölkə | Braziliya |
Mənsəbi | Amazon çayı |
Uzunluğu | 1980 km |
Su sərfi | 9.680 m³/s |
Su hövzəsi | Atlantik okeanı |
Hövzəsinin sahəsi | 513000 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şinqu əsasən yağışlarla qidalanır. Bu səbəbindən oktyabr-aprel-may ayları gursulu olur. Amazona töküldüyü yerdən 190 km məsafədə naviqasiyaya yararlıdır. Çayın orta axarında iri Kaşueyra-Qrandi şəlaləsi vardır. Enerjisindən istifadə etmək məqsədi ilə SES tikintisi planlaşdırılır. Çayın yuxarı axarlarında Şinqu Milli Parkı yerləşir.
2011-ci ilin yayında года dünyada güçünə görə dördüncü yeri tutan «Belo Monte» SES istifadəyə verilmişdir. Suanbarı Altamira inzibati vahidliyində 450 km² ərazini əhatə edir[2][3].