Şio Dedabrişvili (Araqvispireli; Şio Zaxaryeviç Dedabrişvili; 4 (16) dekabr 1867 – 2 yanvar 1926, Tiflis, Gürcüstan SSR, SSRİ) — gürcü yazıçısı.[1]
Şio Dedabrişvili | |
---|---|
gürc. შიო არაგვისპირელი | |
Doğum adı | შიო დედაბრიშვილი |
Doğum tarixi | 4 (16) dekabr 1867 |
Vəfat tarixi | 2 yanvar 1926 (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Şərqi Gürcüstanda yoxsul keşiş ailəsində anadan olub, uşaqlığını kəndlilər arasında keçirib. 1883-cü ildə Tiflis ruhani seminariyasına qəbul olub, 1887-ci ildə inqilabi ideyalarına görə seminariyadan kənarlaşdırılıb, 1889-cu ildə isə yenidən seminariyaya bərpa edilib. 1890-cı ildən 1895-ci ilə qədər Varşava veterinar institutunda təhsil almış və tələbə təşkilatının üzvü olub. Gürcüstanın azad edilməsi üçün Varşava Liqasının təşkilinə görə Rusiya imperiyası hökuməti tərəfindən həbs edilmişdir. Gürcüstanın azad edilməsindən sonra Tiflisdə inspektor olaraq işləmişdir, lakin donuz əti ilə zəhərlənməsi qalmaqalına görə vəzifəsindən qovulmuşdu.[1]
Prozalar, qısa hekayələr yazmağa 1895-ci ildə başlamışdır. Bu əsərlərdə müxtəlif avtobioqrafik təcrübələr öz əksini tapıb. "Budur bizim həyat!", "Qalx", "Mənim günahım deyil, Allahım!", "Necə iyrəncliklə baxır" hekayələrində gürcü kəndinə kapitalist münasibətlərin necə daxil olması, kəndlilərin ağır həyatı təsvir olunub. "Mənim vətənim, mənim ürəyim" və "Zəncirlənmiş Amiran" povestləri milli-azadlıq motivlərini özündə əks etdirir. Onun ən yaxşı novellalarından biri "Yer" (1901) novellasıdır.
Sovet hakimiyyəti dövründə onun yaradıcılığı dəfələrlə tənqidə məruz qalıb. Buna görə həyatının son illərində onun tərəfindən o qədər də çox əsər yazılmamışdır. Onun son əsərlərindən nisbətən tanınanı sentimental yarımnağıl tipli roman — "Qırılmış ürək" (1920) əsəri bir şahzadə və sadə bir zərgərin sevgisindən bəhs edir.
Tbilisidə Didubi paneonunda dəfn edilmişdir.[1]