Şirin Kükü - Qəzvin bölgəsinin yerli və ənənəvi yeməklərindən biri.[1]
Öncədən qaynadılmış kartofların qabıqlarını soyub, rəndələyin. Sonra yumurtaları başqa bir qaba sındırıb, hamar olana qədər çəngəl ilə qarışdırıb, kartofa əlavə edin. Kartofa az miqdarda duz və istiot əlavə edin . Sonra qatıq və qabartma tozunu üzərinə töküb, qaşıqla maddələri tamamilə əmilənə kimi qarışdırın. Kükü şərbətini hazırlamaq üçün balaca bir qazana su tökün, şəkər, zəfəran və gül suyunu əlavə edib, orta istilikdə qaynadın. Sonra şərbətə püstə və badam dilimlərini və zirinci əlavə edin. Tonqal üstünə bir tava qoyub, istilənmək üçün içinə biraz zeytun yağı tökün. Sonra kükü maddələrini tavanın hər yerinə yaydırıb və bir qaşığın arxası ilə düzəldin. Kükünün bir yanı qonur olduqda, başqa yanının qonur olması üçün onu çevirin. Sonra şərbət maddələrini kükünün üzərinə tökün ki, qızardıldığı zaman şərbət kükü qırıntılarına girsin. Tavanın qapağını tərləməməsi üçün bağlamayın, odunu çox aşağı salın ki, kükü yavaş bişsin. Kükünü xiyar, pomidor, bibər və Limon ilə də süfrəyə verə bilərsiniz.