Şirin Xalmuratova

Şirin Xalmuratova (qaraqalpaqca:Shirin Xalmuratova; 11 oktyabr 1949, Daşkənd6 mart 2013) — Qaraqalpaq şairi və publisisti

Şirin Uteşovna Xalmuratova
Təxəllüsü Şirin Xalmuratova
Doğum tarixi 11 oktyabr 1949(1949-10-11)
Doğum yeri
Vəfat tarixi 6 mart 2013(2013-03-06) (63 yaşında)
Vətəndaşlığı Özbəkistan Özbəkistan
Milliyyəti qaraqalpaq türkü
Təhsili Nukus Dövlət İnstitutu
Fəaliyyəti şair, jurnalist
Fəaliyyət illəri 1969-cu ildən
Əsərlərinin dili qaraqalpaq dili
Janrlar şeir,poema

Şirin Uteşovna Xalmuratova 11 oktyabr 1949-cu ildə Özbəkistan SSR-in Daşkənd şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nukus Dövlət İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır. "Bilik", "Kniqolyubov" cəmiyyətlərində çalışmışdır. Uzun illər "Sovet Karakalpakstanı" qəzetinin xüsusi müxbiri olmuşdur.[1]

Şirin Xalmuratova yazıçı, şair və tərcüməçi Uzakbay Pirjanovun həyat yoldaşı olmuşdur. Bu nikahdan onların Lira Pirjanova, Gözəl Pirjanova, Erpolat Pirjanov, Aysultan Pirjanova və Muxtar Pirjanov adlı övladları dünyaya gəlmişdir.

Şirin Xalmuratova 6 mart 2013-cü ildə vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Şirin Xalmuratova bədii yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin sağlığında "On səkkizinci bahar", "Sevimli insanlar" kimi kitabları nəşr olunmuşdur. Onun şeirləri həmçinin 1974-cü ildə "Karakalpakstan" nəşriyyatı tərəfindən nəşr olunan qaraqalpaq şairlərinin poetik axtarışlarından ibarət "Amu nəğmələri" məcmuəsinə daxil edilmişdir.

  • Эзийз адамлар: [Косыклар], Нокис: Каракалпакстан, 1984, 76 s.
  • Бүлбил сести таңда оятар мени, Тошкент: Zilol buloq, 2020, 212 s.
  • Напевы Аму: Сборник стихов молодых поэтов Каракалпакии: [Перевод]. - Нукус: Каракалпакстан, 1974. - 131 с.
  • Karakalpak Türkleri Edebiyatı. Denizli, Özcan Ofset, 1999, 220 s.
  • Қарақалпақстан Республикасы жазыўшылары: библиографиялық мағлыўмат, Ташкент : Extremum press, 2011, 240 s.
  • Nizami Tağısoy. Qaraqalpak ədəbiyyatı, Bakı: Elm və təhsil, 2015, 449 s.