Şirin qənnadı fabriki

"Şirin" qənnadı fabriki ("Şirin" qənnadı,karamel və Vafli fabriki)Azərbaycanda qənnadı,karamel və vaflilərin kütləvi istehsalı ilə məşğul olan müəssisə.

"Şirin" qənnadı fabriki
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 2006
Baş qərargahın yeri Azərbaycan Azərbaycan
Rəhbərlik
Təsisçi Ramiz Əliyev
shirin.az

Yaranması və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2006-ci ildə “Şirin” qənnadı fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına imza atdı. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. “Şirin” şokoladları müxtəlif çeşidlərdə yerli bazarda təqdim edilməyə başladığı andan tez bir zamanda istehlakçılar tərəfindən sevildi, məhsullara olan tələbat hər gün artırdı. Fabrik yerli bazara yeni bir ad "Şirin" şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirdi.

Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb oldu.

"Şirin" Qənnadı fabriki yerli bazarla yanaşı Orta Asiya, Avropa, Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Ukrayna və s. kimi xarici bazarlarda da şokolad markaları olan "Muu", "Sweety", "Femida", "Assortis", “Velvet Morning”, “Morra”, “Ise Matcha” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrikində şokolad, draje, vafli, karamel, kozinak Sexləri Mövcuddur. Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “Şirin” qənnadı fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılmışdır. Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılmış və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulmuşdur. Hazırda fabrikin istehsal gücü saatda 4500 kiloqram və daha artıqdır. Fabrikdə istehsal olunan müxtəlif çeşidli şokolad məhsulları Azərbaycanın bütün bölgələrinə yayılmış və insanların sevgisini qazanmışdır.

Fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar təşkil olunur. Fabrik işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir.

Məqsəd[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisində yüksək keyfiyyətli qənnadı məmulatlarının istehsalçılarından biri olan “Şirin” MMC qənnadı fabriki Sizi füsünkar dadlar dünyasına dəvət edir! Biz Sizlərə yüksək keyfiyyət standartlarına uyğun olan və müasir İSO standartlarına cavab verən qənnadı məhsullarımızı təqdim etməkdən şərəf duyuruq. Son illərdə şirkətimiz təkcə yerli bazarda deyil, respublikamızdan kənarda da yüksək keyfiyyətli məhsul istehsalçısı kimi tanınmağa müvəffəq olmuşdur. “Şirin” MMC qənnadı fabrikinin istehsal xətləri ən yüksək keyfiyyət göstəricilərinə cavab verən və yüksək istehsal gücünə malik avropa istehsalı olan müasir avadanlıqlarla təhciz edilmişdir. İstehsal tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bizim məhsulların digərlərindən fərqi – istehsal prosesində ekoloji təmiz xammal və təbii qida qatqılarılarının istifadə olunmasıdır. Qənnadı məhsullarının istehsalında əsas xammal olan kakao məhsulları (kakao yağları, kakao tozu və s.) genetik dəyişikliyə malik qatqılardan azaddır. Fabrikin məhsulları qənnadı istehsalında böyük təcrübəsi olan mütəxəssislərimiz tərəfindən işlənib hazırlanır. “Şirin” MMC –nin məqsədi - bundan sonra da öz məhsul çeşidlərini genişləndirmək və müştərilərini hər zaman yeniliklərlə sevindirməkdir.

Xatırladaq ki, BRC Carrefour, Tesco, Metro, Migros, Ahold və Wal-Martın tələb etdiyi sertifikatdır ki, Azərbaycanda ilk olaraq bu sertifikata da “Şirin” fabriki layiq görülüb. Fabrik həmçinin İFS (İnternational Food Standard) Beynəlxalq Qida Standartı və İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı) sertifikatlarına da layiq görülüb.

Beynəlxalq sərgi və konfranslar[redaktə | mənbəni redaktə et]

“Şirin” MMC qənnadı fabriki nəinki Azərbaycanda, beynəlxalq miqyasda müştərilərinə keyfiyyətli və tələblərə uyğun məhsul­ları təqdim etmək məqsədi ilə müasir dövrün tələbi olan beynəl­xalq keyfiyyət və idarəetmə standarlarının tələblərini fəaliyyət istiqamətləri üzrə tətbiq etməklə, beynəlxalq ISO 9001, ISO 22000 və HACCP standartaları üzrə sertifikatlar əldə etmişdir. Müəssisəmiz ilk beynəlxalq sertifikatını 2015-ci ildə 8 aylıq tətbiq layihəsinin nəticəsi olaraq ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemləri standartı üzrə əldə etmişdir. ISO 9001 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyəti idarəetmə standartıdır. ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraq­lardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür. “Şirin” MMC növbəti beynəlxalq sertifikat­ala­rını 2016-cı ilin son aylarında ISO 22000 Qida Təhlükəsizliyini İdarəedilməsi və HACCP Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri sistemləri üzrə əldə etmişdir. Qida təhlükəsizliyi - sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir. Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida təhlükəsiz­liyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların eyniləşdiril­məsi, qiymətləndiril­məsi və onlara nəzarət mexanizmidir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

shirin.az