Şirin su süngəri

Şirin su süngəri

Xarici quruluşu və həyat tərzi. Süngərlərin bədəni üç hissədən ibarətdir: döşənək, yan divarlar və ağız. Süngər məhz döşənək vasitəsilə sualtı əşyalardan yapışır. Bədən ikiqat yerləşən çoxlu hüceyrələrdən ibarətdir. Xarici qatın hüceyrələri yastıdır, onlar bir-birinə yapışıq halda yerləşib sanki süngərlərin bədənini hər tərəfdən örtür. Daxili qatı təşkil edən hüceyrələr xarici qat hüceyrələrindən çox fərqlənir. Bu hüceyrələr qamçıya malikdir. Qamçıların hərəkəti nəticəsində daim su axını əmələ gəlir. Yayda çay və göllərin sahilə yaxın yerlərində daşlar və ya suya düşmüş budaqlar üzərində qonur və ya yaşıl qabarıqlar əmələ gəlir. Onlar sudan kənara çıxarıldıqda xoşagəlməz kəskin qoxu verir. Süngərin açıq ağzı yuxarıya doğru baxır və içərisi boş kisə şəkİində olur.

Qidalanması[redaktə | mənbəni redaktə et]

Süngərin bədəninə su axını ilə birlikdə oksigen və qida (bakteriyalar, infuzorlar, ölmüş orqanizmlərin kiçik qalıqları) daxil olur. Qamçılı hüceyrələr qidanı ovlayır və sitoplazmasında həll edir. Onlarda qidanın həzmi birhüceyrəli heyvanlarda olduğu kimidir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Adi şirin su süngəri yay fəslinin əvvəllərində yumurta vasitəsilə çoxalır. Yumurta mezoqley qatında əmələ gəlir, mayalanır və ondan kiçik çoxhüceyrəli sürfə çıxır. Sürfənin səthini qamçılı hüceyrələr örtür, sürfə suda bir neçə saat üzür, suyun dibindəki əşyaların üzərinə oturur və cavan şirin su süngərinə çevrilir. Tamamilə böyümüş süngər görünüşcə cavan süngərə heç oxşamır. Əşya üzərində oturmuş cavan şirin su süngəri böyüyür, yan çıxıntılar əmələ gətirir, həmin çıxıntıların hər birisi sonralar ayrıca süngəri təşkil edir və nəticədə şirin su süngərlərinin koloniyası əmələ gəlir.

Süngərlərin təbiətdə əhəmiyyəti. Süngərlər həm dənizlərdə və həm də şirin sularda yaşayır. Onların əksəriyyəti dənizlərin 500 m dərinliyinə qədər olan sahələrində yayılmışdır. Süngərlər, əsasən, daşlar və qayalar üzərində yaşayır ki, bu da onların qidalanması ilə əlaqədardır. Süngərlərin düşməni nisbətən azdır, çünki onları düşməndən mineral skelet, kəskin iy və bədən toxumalarında olan zəhərli maddələr xilas edir. Buna baxmayaraq bəzi heyvanların qidasını ancaq süngərlər təşkil edir. Məsələn, dəniz ulduzlarının əksəriyyəti, bir çox tropik balıqlar süngərlərlə qidalanır.

Bəzi süngərlər digər orqanizmlərlə müştərək yaşayır. Belə ki, dəniz süngərlərinin koloniyası xərçənglərin, bəzi çoxqıllı qurdların, ilanquyruqların (dərisitikanlılar) yaşayış məskəni olur.

Süngərlər bədənlərindən daim çoxlu miqdarda su süzməkİə suyun təmizlənməsində mühüm rol oynayır. Dənizlərdə yaşayan kirəcli süngərlər bədənlərindən çoxlu su süzür. Beləlikİə, süngərlər biofiltrator kimi dəniz və şirin suların təmizlənməsində mühüm rol oynayır. Onlar üzvi qalıqları və bakteriyaları sudan mənimsəməkİə suları onlardan təmizləyir.

Silisiumbuynuzlu və şüşə süngərlərin vətəgə əhəmiyyəti vardır. Silisiumbuynuzlu süngərlərdən hamamda, tibbdə və texniki məqsədlər üçün istifadə olunur. Şüşə süngərlərin bəzi növlərindən bəzək məmulatları hazırlanır. İnsanlar hamam süngərindən geniş istifadə edirlər. Onları Aralıq və Qımızı dənizlərdə, Meksika körfəzində, Hind okeanında, Filippin və Avstraliya sahillərində ovlayırlar. Adriatik dənizində, Florida sahilində və Yaponiyada hamam süngərləri süni sürətdə artırılır.

Mənbə[redaktə | mənbəni redaktə et]

[1] Arxivləşdirilib 2009-01-07 at the Wayback Machine